SON DƏQQƏ

naxcivanxeberleri.com

Azərbaycanda koronavirusla bağlı son vəziyyət açıqlandı

Azərbaycanda koronavirusla bağlı son vəziyyət açıqlandı
30-04-2020, 21:51

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı aprelin 30-na olan statistik göstəriciləri açıqlayıb.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, məlumatda bu gün ərzində Azərbaycanda koronavirusla bağlı 5 700 test edildiyi bildirilib.

Qeyd olunub ki, ölkə ərazisində indiyə qədər 143 079 test aparılıb.

Xatırladaq ki, bu gün Azərbaycanda daha 38 nəfər koronavirusa yoluxub, 58 nəfər müalicə olunaraq sağalıb, daha bir nəfər isə vəfat edib. Ölkədə indiyədək ümumilikdə koronavirusa 1 804 yoluxma aşkarlanıb. Onlardan 1 325-i sağalıb, 24-ü ölüb. Hazırda aktiv xəstə sayı 455-dir.

Həmin şəxslərdən 17 nəfərin vəziyyəti ağır, 24 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930