SON DƏQQƏ

naxcivanxeberleri.com

“Pozitiv düşüncələrin həyatımıza təsiri və karantin günlərində ruh yüksəkliyimizi artırmağın yolları” mövzusunda onlayn təlim keçirilib

“Pozitiv düşüncələrin həyatımıza təsiri və karantin günlərində ruh yüksəkliyimizi artırmağın yolları” mövzusunda onlayn təlim keçirilib
29-04-2020, 17:30

Onlayn təlim keçirilmişdir. 29 aprel 2020-ci il tarixdə “Pozitiv düşüncələrin həyatımıza təsiri və karantin günlərində ruh yüksəkliyimizi artırmağın yolları” mövzusunda onlayn təlim keçirilmişdir.

 

Nazirliyin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, Gənclər və İdman Nazirliyinin şöbə müdiri Ayaz Cabbarov bildirmişdir ki, müəyyən pandemiya dövründə gənclərin asudə vaxtlarının səmərəli təşkil edilməsi üçün bir sıra layihələr hazırlanıb həyata keçirilir. Məhz bu gün təşkil olunmuş təlim də bu layihələrdən biridir. Keçirilən təlimin də məqsədi məhz gənclərdə pandemiya dövründə ruh yüksəkliyinin artırılması, onların asudə vaxtlarının səmərəli təşkil olunmasıdır. Sonra “Optimal” Qrup MMC-nin psixoloqu Əsmər Rzayeva çıxış edərək bildirmişdir ki, araşdırmalara görə pozitiv düşünən insanlar qarşılarına yeni hədəflər qoymağa və bunları həyat keçirməyə qadirdirlər. Pozitiv düşünən insanlar həmçinin, həyata daha fərqli baxır və daha bacarıqlı olurlar. Həmin insanlar öz ruh yüksəklikləri və enerjiləri ilə ətarfındakı insanlara da təsir edə bilir və onları da pozitiv düşünməyə cəlb edirlər. Pozitiv düşünmək insanlarla yaxşı münasibət qurmağı, bacarıqlı olmağı, stresdən uzaq durmağı, sağlam həyat tərzini formalaşdırır. Pozitiv olmaq üçün neqativ düşüncədən uzaq durmalı, sağlam bir həyat tərzi seçməli, özümüzlə söhbət etməli və pozitiv düşünən insanlarla dostluq etməliyik. Müəyyən karantin dövründə də gənclərimiz pozitiv düşünərək öz ruh yüksəkliklərini artıra bilərlər. Həmçinin, onlar öz istedad və bacarıqlarını kəşf edib inkişaf etdirə bilərlər. Daha sonra “Pozitiv düşünmək və insan münasibətləri”, “Pozitiv düşünmək və bacarıqlı olmaq”, “Pozitiv düşünmək və sağlam həyat tərzi” “Karantin dövründə ruh yüksəkliyimiz” mövzularında gənclərlə birlikdə müzakirələr aparılmışdır. Sonda gəncləri maraqlandıran suallar cavablandırılmışdır. Gənclər və İdman Nazirliyinin, Yeni Azərbaycan Partiyası Naxçıvan MR Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin və “Optimal” Qrup MMC-nin birgə təşkilatçılığı ilə keçirilən təlimdə 20 nəfər gənc iştirak etmişdir.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930