SON DƏQQƏ

naxcivanxeberleri.com

Gənc ailələr üçün yaşayış binası inşa olunur

Gənc ailələr üçün yaşayış binası inşa olunur
29-04-2020, 12:19

Muxtar respublikamızda gənc ailələrin sosial müdafiəsinin gücləndirilməsi, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində hər il ardıcıl tədbirlər həyata keçirilir. Təqdirəlayiq haldır ki, bu istiqamətdə görülən işlər rayonları da əhatə edir. 2020-ci ilin başa çatmaqda olan aprel ayında da bu tədbirlər uğurla davam etdirilir. Belə ki, hazırda Ordubad şəhərinin mərkəzində –  Heydər Əliyev prospektində  gənc ailələr üçün nəzərdə tutulmuş zirzəmi ilə birlikdə  8 mərtəbəli yaşayış binasında inşaat işləri həyata keçirilir.

28 mənzildən ibarət binanın daxili və fasad divarlarının suvanması başa çatdırılıb, fasada mərmər üzlük çəkilməsi işləri milli memarlıq ənənələri gözlənilməklə yerinə yetirilir. Binanın pəncərələri salınıb, hazırda bu inşaat obyektinin  həyətində abadlıq işləri yerinə yetirilir.

Qeyd edək ki, yaşayış binasının zirzəmisində xidmət sahələri də yaradılacaq. Bərbərxana, qadın gözəllik salonu, dərzi, ərzaq və sənaye malları mağazaları rayon sakinlərinə xidmət göstərəcək.

 

Abbas SEYİD

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930