SON DƏQQƏ

naxcivanxeberleri.com

Ürəyə dərmanlardan daha yaxşı təsir edən meyvə

Ürəyə dərmanlardan daha yaxşı təsir edən meyvə
29-04-2020, 01:35

Kaliumla zəngin olan xurma ürək xəstəlikləri olanlara çox faydalıdır. Bunu rusiyalı həkim-kardioloq Viktoriya Savitskaya qeyd edir.

NAXCİVANXEBERLERİ.COM medikforum-a istinadla xəbər verir ki, həkimin sözlərinə görə, ürək ağrıları zamanı xurma dərmanlar qədər effektlidir. Mütəxəssis ürək ağrıları, ürək nahiyəsində narahatçılıq kimi simptomlarla tez-tez üzləşən insanlara bu halların profilaktikası üçün hər gün 1-2 xurma yeməyi tövsiyə edir.  

"Xurmanın təsiri valokardin dərmanının təsirinə oxşayır. Lakin xurma daha yumşaq təsir edir", həkim qeyd edir.  

Bundan əlavə xurma arterial təzyiqi stabil saxlamağa kömək edir.

Varikoz xəstəliyi və yüksək xolesterindən əziyyət çəkənlər də mütləq xurma yeməlidir.

Həkimin sözlərinə görə, xurma böyrəkləri çox yaxşı təmizləyir, böyrəklərdə daşların əmələ gəlməsinin qarşısını alır, orqanizmdən artıq mayeni və natrium duzlarını xaric etməklə böyrəyin fəaliyyətini yüngülləşdirir, hipertoniyanın inkşafının qarşısını alır.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930