SON DƏQQƏ

naxcivanxeberleri.com

PAŞA Holding “Biz birlikdə güclüyük” aksiyasına 7 milyon manat ayırıb

PAŞA Holding “Biz birlikdə güclüyük” aksiyasına 7 milyon manat ayırıb
28-04-2020, 22:49

PAŞA Holding Heydər Əliyev Fondu və “Regional İnkişaf” İctimai Birliyi tərəfindən icra olunan “Biz birlikdə güclüyük” aksiyasına dəstək göstərmək məqsədilə 7 milyon manat vəsait ayırıb.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, sözügedən bu layihə çərçivəsində “Biz Birlikdə güclüyük” şüarı altında 200.000-dən çox aztəminatlı və digər həssas kateqoriyadan olan ailəyə ərzaq yardımının göstərilməsi nəzərdə tutulub. Aksiya Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar ölkəmizdə xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə dövlət tərəfindən həyata keçirilən tədbirlərə dəstək məqsədini daşıyır.

Xatırladaq ki, PAŞA Holding bu dövr ərzində koronavirusla mübarizə üçün laboratoriyanın yaradılması və Kənd Təsərrüfatı Nazirliyi ilə birgə fermerlərə mikrokreditlərin təqdim edilməsi kimi xeyriyyə məqsədli fəaliyyətlər də icra edib.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930