SON DƏQQƏ

naxcivanxeberleri.com

Milli Kitabxana “Zərifə xanım Əliyeva” adlı elektron məlumat bazasını təqdim edib

Milli Kitabxana “Zərifə xanım Əliyeva” adlı elektron məlumat bazasını təqdim edib
28-04-2020, 18:39

Bu gün görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın doğum günüdür. Bu münasibətlə M.F. Axundzadə adına Azərbaycan Milli Kitabxanası “Zərifə xanım Əliyeva” adlı elektron məlumat bazasını təqdim edib.

 

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, Milli Kitabxananın əməkdaşları tərəfindən hazırlanmış “Zərifə xanım Əliyeva” adlı http://anl.az/el/emb/ZE/index.html elektron məlumat bazası alimin həyat və fəaliyyətinə həsr olunub. Məlumat bazasında alimin həyat və fəaliyyətinə dair sənədlər, kitabları, elmi məqalələri, haqqında yazılan kitab və məqalələr, akademikin dünya kitabxanalarındakı əsərləri, Zərifə xanım Əliyeva surəti bədii ədəbiyyatda, Zərifə Əliyevanın adının əbədiləşdirilməsi haqqında sənədlər, fotoalbomlar, videoqalereya və digər sənədlər təqdim olunub.

Azərbaycanın görkəmli alimi, tibb elmləri doktoru, professor, Əməkdar elm xadimi, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Zərifə xanım Əliyeva respublikamızda tibb elminin inkişafına mühüm töhfələr verərək, oftalmologiyanın aktual problemlərinə dair sanballı tədqiqatları ilə böyük şöhrət qazanmışdır. Onun elmi-pedaqoji və ictimai fəaliyyəti həkimlərin yeni nəslinin yetişməsinə və Azərbaycanda oftalmologiya elminin inkişafına güclü təsir göstərmişdir.

Gözlərə nur, qəlblərə hərarət bəxş edən böyük insan, akademik Zərifə Əliyevanın keçdiyi şərəfli ömür yolu hər bir Azərbaycan vətəndaşı üçün həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbidir. Onun özündən sonra qoyduğu ənənələr bu gün tələbələri, yaxınları tərəfindən layiqincə davam etdirilir.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930