SON DƏQQƏ

naxcivanxeberleri.com

28 Aprel - Ümumdünya Əməyin Mühafizəsi Günüdür

28 Aprel - Ümumdünya Əməyin Mühafizəsi Günüdür
28-04-2020, 10:22

28 Aprel Ümumdünya Əməyin Mühafizəsi Günüdür.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən  verilən məlumata görə, Beynəlxalq Əmək Təşkilatı (BƏT) tərəfindən 2003-cü ildən etibarən 28 Aprel - Ümumdünya Əməyin Mühafizəsi Günü kimi elan olunub. Məqsəd işçilərin sağlam və təhlükəsiz əmək şəraiti ilə təmin olunmasına, istehsalat qəzalarının qarşısının alınması üçün profilaktik tədbirlərin görülməsinə cəmiyyətin, xüsusilə işəgötürənlərin diqqətinn artırılmasıdır.

Günün mövzusu epidemiya zamanı işçilərin yoluxma riskindən mühafizəsinə həsr olunub.

Bunun üçün hansı tədbirlər görülməsi tövsiyə olunur?

Bu il üçün Ümumdünya Əməyin Mühafizəsi Günü ilə bağlı BƏT tərəfindən irəli sürülən əsas mövzu pandemiya ilə əlaqədar iş yerlərində yoluxucu xəstəliklərin yayılmasının qarşısının alınması, işçilərin infeksiyaya yoluxma riskindən mühafizə olunmalarıdır.

BƏT-in saytında müvafiq mövzuda dərc olunmuş materialda (https://www.ilo.org/global/topics/safety-and-health-at-work/events-training/events-meetings/world-day-safety-health-at-work/WCMS_739669/lang--en/index.htm) işə cəlb edilmiş işçilərin infeksiyadan qorunması üçün görülməli olan tədbirlər əksini tapır.

Aşağıdakı tədbirlərin həyata keçirilməli olduğu qeyd edilir:

Fiziki distansiyalar - insanlar arasında kifayət qədər məsafə saxlanılmalıdır. İşlərin mümkün olan qədər virtual görülməsi (telefon danışıqları və elektron poçt vasitəsi ilə, iclasların onlayn qaydada aparılması, işlərin növbəli təşkili və s.)

Gigiyena - iş yerlərində kifayət qədər dezinfeksiya və antiseptik vasitələrin olması, əllərin yuyulması üçün yerlərin çoxaldılması və əlyuma vasitələrinin kifayət qədər olması.

Təmizlik işləri - iş yerlərinin və iş masalarının səthlərinin mütəmadi təmizlənməsi, qapı dəstəklərinin, kompyüter avadanlıqlarının, tez-tez istifadə olunan digər əşyaların mütəmadi antiseptik materialla dezinfeksiya olunması, ümumi istifadədə olan otaqların, sanitariya qovşaqlarının dezinfeksiya olunması və s.

Təlimatlandırma və maarifləndirmə tədbirləri - işə cəlb olunmuş bütün işçilərin pandemiya şəraitində fərdi mühafizə vasitələrindən istifadə qaydalarına, öz vəzifələrini təhlükəsiz yerinə yetirmələrinə dair təlimatlandırılması.

Bildirilir ki, COVID-19 pandemiyası işçilərin və onların yaxınlarının qorunmasında əməyin mühafizəsinin önəmini bir daha təsdiqləyir. Pandemiya dövründə əməyin təhlükəsizliyi sahəsində sosial dialoqun əhəmiyyəti böyükdür. Sosial dialoq yalnız bütün işçilərin fiziki və psixoloji sağlamlığının qorumasında deyil, pandemiyanın iqtisadiyyat və əmək sferasında mənfi nəticələrininin aradan qaldırılmasında da vacib şərtdir.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930