SON DƏQQƏ

naxcivanxeberleri.com

İxtisasların hamiliyə verilməsi ilə bağlı ilk onlayn görüş baş tutub

İxtisasların hamiliyə verilməsi ilə bağlı ilk onlayn görüş baş tutub
27-04-2020, 21:42

Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin hamiliyinə verilmiş Naxçıvan Dövlət Universitetinin “Torpaqşünaslıq və aqrokimya”, “Geodeziya və xəritəçəkmə mühəndisliyi” ixtisaslarında təhsil alan tələbələrlə onlayn görüş keçirilib.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, xidmətin mətbuat xidmətindən bildirilib ki, tədbirdə universitetin rektoru Elbrus İsayev  hamiliklə bağlı ilk onlayn görüşün keçirilməsini təqdirəlayiq hal kimi dəyərləndirib.

Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin rəisi Müslüm Cabbarzadə xidmətin hamiliyinə verilmiş ixtisaslarda təhsil alan tələbələrlə aparılan işlər və qarşıda duran vəzifələrdən danışıb.

Xidmətin əməkdaşları tərəfindən tələbələrə layihələrin idarə edilməsi mövzusunda onlayn təlim-məşğələ keçirilib, innovativ ideyalar əsasında uğurlu layihə hazırlanmasının əsas prinsipləri barədə ətraflı məlumat verilib. Layihənin planlaşdırılması, komandanın formalaşdırılması, büdcənin hesablanması slaydlar vasitəsilə diqqətə çatdırılıb.  

Sonra praktiki məşğələlər zamanı tələbələr tərəfindən Naxçıvan Dövlət Universitetinin ərazisində aparılmış geodeziya ölçmələri əsasında hazırlanmış yerquruluşu planları təqdim olunub.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930