SON DƏQQƏ

naxcivanxeberleri.com

Bu ilin əvvəlindən fermerlər 157 milyon manat subsidiya alıb

Bu ilin əvvəlindən fermerlər 157 milyon manat subsidiya alıb
27-04-2020, 16:27

Bu ilin əvvəlindən Azərbaycanda fermerlərə 157 milyon manat subsidiya verilib.

Bu barədə NAXCİVANXEBERLERİ.COM-a Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Tədqiqatlar Mərkəzinin (ATM) direktoru Firdovsi Fikrətzadəməlumat verib. 

Onun sözlərinə görə, həmin vəsait 342 min fermerə ödənilib və bu proses davam edir. 

Xatırladaq ki, bu ildən subsidiya ödənişi Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi (EKTİS) üzərindən həyata keçirilir. Fermerlər EKTİS-də əkinləri ilə bağlı məlumatlarını bəyan edir və buna uyğun subsidiya alırlar. 

Yeni subsidiya qaydaları ölkə Prezidentinin 27 iyun 2019-cu il tarixli, “Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” fərmanı ilə təsdiq olunub. Fərmanın icrası və subsidiyaların yeni qaydalarla verilməsi üçün Kənd Təsərrüfatı Nazirliyi və tabeli qurumları fermerlərin EKTİS-də qeydiyyatı üçün mobil qruplar yaradıb, fermerləri məlumatlandırmaq üçün təlimçilər hazırlayıb və yeni subsidiya mexanizmi təsərrüfat sahiblərinə izah olunub. 

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930