SON DƏQQƏ

naxcivanxeberleri.com

Azərbaycanda koronavirusa 33 yoluxma qeydə alındı, 23 nəfər sağaldı, 1 nəfər vəfat etdi - Operativ Qərargah

Azərbaycanda koronavirusa 33 yoluxma qeydə alındı, 23 nəfər sağaldı, 1 nəfər vəfat etdi - Operativ Qərargah
27-04-2020, 16:07

Azərbaycan Respublikasında 33 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 23 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1960-cı il təvəllüdlü vətəndaş vəfat etmişdir.

Hazırkı dövrədək ölkəmizdə 1678 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilmiş, onlardan 1162 nəfər müalicə olunaraq sağalmış, 22 nəfər vəfat etmiş, 494 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 17 nəfərin vəziyyəti ağır, 26 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 128.807 test aparılmışdır.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930