SON DƏQQƏ

naxcivanxeberleri.com

Təhsil Nazirliyi: “Virtual məktəb” layihəsi tədris bərpa olunduqdan sonra da davam etdiriləcək

Təhsil Nazirliyi: “Virtual məktəb” layihəsi tədris bərpa olunduqdan sonra da davam etdiriləcək
27-04-2020, 15:00

“Virtual məktəb” layihəsi yalnız pandemiya dövrü üçün nəzərdə tutulmayıb. Bu layihə təhsil müəssisələrində tədris prosesi bərpa olunduqdan sonra da davam etdiriləcək.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, bunu Təhsil Nazirliyinin Təhsilin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov deyib.

Məsafədən təhsilin bütün dünyada tətbiq olunduğunu nəzərə çatdıran nazirlik rəsmisi qeyd edib ki, portal şagird və müəllimlərə əlavə dəstək mexanizmi kimi təqdim edilib:

“Virtual məktəb platformasında verilən tapşırıqların şagirdlərin biliyinin qiymətləndirilməsində nəzərə alınması planlaşdırılmayıb. Portalda yerləşdirilmiş tapşırıqlar şagirdlərin biliyini yoxlamaq üçündür. Bu baxımdan əsas məqsəd kimisə qiymətləndirmək deyil, dəstək verməkdir. Bu platforma da şagirdlər üçün əlavə öyrənmək imkanıdır. Təhsil Nazirliyi virtual platformada hər həftə teledərslərdə keçirilən mövzulara uyğun olaraq, şagirdlərə yeni test tapşırıqları təqdim edir. Bu platforma bütün dünyada istifadə olunur. Şagirdlər də bu portaldan əlavə tədris resursu kimi istifadə edə bilərlər".

Xatırladaq ki, aprelin 2-dən Təhsil Nazirliyi tərəfindən "Virtual məktəb" layihəsinə start verilib. Aprelin 21-dək ölkənin 65 şəhər və rayonundan 370 min şagird və 20 min müəllim "Virtual məktəb" portalında qeydiyyatdan keçib. Layihənin məqsədi Təhsil Nazirliyinin yayımladığı teledərslərin interaktivliyini təmin etmək və məsafədən tədris imkanlarını genişləndirməkdir.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930