SON DƏQQƏ

naxcivanxeberleri.com

ASAN könüllüləri polislərə təşəkkür etdi

ASAN könüllüləri polislərə təşəkkür etdi
26-04-2020, 18:18

“ASAN Könüllüləri" Təşkilatı "Azərsun Holdinq"in xüsusi karantin rejimi dövründəki sosial təşəbbüsünə dəstək göstərib.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, 4 gün müddətini əhatə edən layihə çərçivəsində Bakı şəhəri ərazisində 2 növbə üzrə 160 stasionar postda xidmət aparan polis əməkdaşlarına ASAN könüllüləri tərəfindən "Azərsun" məhsulları və çay termosları hədiyyə olunub.

#VAROLUN sosial çağırışı ilə həyata keçirilən layihənin məqsədi xüsusi karantin rejimi dövründə fasiləsiz xidmət göstərən polislərə vətəndaşların təşəkkür mesajının çatdırılması olub.

Daxili İşlər Nazirliyi də öz növbəsində layihənin təşəbbüskarlarına təşəkkür edərək, bu dəstəyin onların fasiləsiz xidmətə cəlb olunan bütün əməkdaşlarında güc, həvəs yaratdığını və onların vəzifələrinin layiqincə həyata keçirilməsində ruhlandırdığını qeyd edib.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930