SON DƏQQƏ

naxcivanxeberleri.com

Culfa rayonunda yeni sort göbələk yetişdirilir

Culfa rayonunda yeni sort göbələk yetişdirilir
26-04-2020, 14:54

Göbələk orqanizm üçün olduqca faydalı bir bitkidir. Onun tərkibi vitamin və mineral maddələrlə zəngindir.

 

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, məhz buna görə də dünyada yeməli göbələk növlərinin istehsalı ilə məşğul olan çoxlu müəssisələr fəaliyyət göstərir. Belə müəssisələrdən biri də rayonu - muzda yerləşən və sahibkar Cəfər Əhmədova məxsus olan “Təbiət” göbələk istehsalı müəssisəsidir. Burada yeməli göbələk növlərindən şampinyon və yeni sort olan asılqan göbələyi yetişdirilir. Müasir tələblərə uyğun olaraq qurulan müəssisədə göbələyin yetişdirilməsi, toplanması və qablaşdırılması üçün hərtərəfli şərait yaradılıb. Bu göbələklərin üstünlüyü ondadır ki, onların istehsalı zamanı heç bir kimyəvi preparatdan istifadə olunmur. 400 qramlıq taralarda qablaşdırılan məhsullar, əsasən, daxili bazarda satılır. Gələcəkdə isə müəssisənin genişləndirilməsi və becərilən məhsulun ixracı da nəzərdə tutulub.

 

 

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930