SON DƏQQƏ

naxcivanxeberleri.com

Dini dəyərlərimiz uca tutulur

Dini dəyərlərimiz uca tutulur
26-04-2020, 13:00

Qədim tarixə və zəngin təbiətə malik olan ölkəmizdə dini dəyərlərimiz uca tutulur, insanların dini ayinləri icra etməsinə dövlət səviyyəsində şərait yaradılır, başqa dinlərə hörmətlə yanaşılır, din məzhəb ayrı seçkiliyinə yol verilmir. Heç kimə sirr deyil ki, sovetlər birliyi dönəmində Azərbaycan dini qurumların fəaliyyəti xeyli məhdudlaşdırılmış, dini mərkəzlər iqtisadi bazadan məhrum edilmişdir. Sovet hakimiyyəti dövründə İslamın başqa ayinləri və ibadətləri kimi, Ramazan və Qurban bayramları da qadağan edilmişdi. Dövlət müstəqilliyini bərpa etdikdən sonra ölkəmizdə insanların vicdan azadlığı da real həllini tapdı. İslam dininə, onun ibadət və ayinlərinə olan münasibət dəyişdi. Milli Məclisin qəbul etdiyi 1992-ci il 27 okt yabr tarixli “Azərbaycan Respublikasının bayramları haqqında” Qanuna əsasən Ramazan və Qurban bayramları dövlət səviyyəsində qeyd olunmağa başlandı. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev islami dəyərləri yüksək qiymətləndirərək demişdir: “İslam dini başqa dinlərə həmişə hüsn-rəğbətlə yanaşıb, heç vaxt başqa dinlərin ehkamlarına qarşı olmayıb, biz bir millətə mənsub olan insana, hər bir dinə hörmətlə yanaşmışıq. Bu, Allahın əmridir, bu bizim ulu peyğəmbərimiz Məhəmməd Əleyhissəlamın bizə tövsiyəsidir”. Ölkəmizin hər yerində olduğu kimi, muxtar respublikamızda da İslami dəyərlər uca tutulur, İslamın öz mövqeyini genişləndirilməsi üçün müəyyən işlər yerinə yetirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı nəticəsində muxtar respublikamızın ərazisində məscidlər, pirlər və dini ocaqlar yüksək səviyyədə təmir olunmuş, əhalinin dini ocaqlardan istifadəsi, ziyarəti üçün bütün imkanlar yaradılmışdır. 2018-ci ilə Naxçıvan şəhərinin “İslam mədəniyyətinin paytaxtı” seçilməsi muxtar dövlətimizdə tolerantlığın yüksək səviyyədə olduğunu, din adət ənənələrinin uca tutulduğunu sübut edir. Rayonumuzda da pirlərin, məscid və dini ocaqların təmir olunması diqqətdə saxlanılır. Son dövrlərdə rayonumuzun Əbrəqunus, Camaldın, Ərəzin, Ərəfsə, Qazançı və s. kəndlərində mərasim evlərinin tikilməsi və burada əhalinin yas mərasimlərinin keçirilməsinə şəraitin yaradılması insanların rahatlığına onların sağlamlığına xidmət göstərir. Mərasim evlərinin inşası sakinlərə rahat, eyni zamanda əlavə xərclər olmadan yas və digər mərasimləri keçirməyə imkan verir. Hazırda Culfa rayonunun Bənəniyar, Saltaq və Yaycı kəndlərində inşaası aparılan mərasim evləri də bu məqsədə xidmət edəcək. Kişi və qadınlar üçün nəzərdə tutulan Bənəniyar kənd mərasim evində hörgü işləri başa çatıb, dam örtüyü vurulub, otaqların və çöl fasadın suvanması işləri aparılır. Mərasim evi 400 nəfər üçün nəzərdə tutulub. Saltaq kəndində də qadınlar üçün nəzərdə tutulan mərasim evinin inşaasına başlanılmışdır. 250 nəfərlik zal, xidmət və ibadət otaqlarından ibarət olacaq binada hazırda hörgü işləri aparılır. Yaycı kəndində də inşa olunmuş kişi və qadınlar üçün nəzərdə tutlulan mərasim evində hazırda son tamamlama işləri aparılır, həyətyanı sahədə yaşıllıqlar salınır. Qeyd edək ki, adları çəkilən mərasim evlərinin tikintisində kənd sakinləri də yaxında iştirak edirlər.

 

Alcəfər NURMƏMMƏDOV

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930