SON DƏQQƏ

naxcivanxeberleri.com

Ünvanlı sosial yardım alan ailələrin sayı 82 minə çatıb

Ünvanlı sosial yardım alan ailələrin sayı 82 minə çatıb
26-04-2020, 12:42

Aztəminatlı ailələrə dövlət dəstəyinin artırılması sahəsində aparılan işlərdən biri kimi, ünvanlı dövlət sosial yardım proqramının əhatə dairəsi də genişləndirilir.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, aprelin 1-dən ünvanlı sosial yardımı alanların sayı 12 min ailə artaraq 82 minə çatıb. Ünvanlı yardım alan ailə üzvlərinin sayı isə bu ay 50 min nəfər artıb və hazırda 340 min nəfərdir. Sosial yardımın hər ailəyə düşən orta aylıq məbləği də artmaqda davam edərək 222 manata çatıb.

Bildirilir ki, xüsusi karantin rejimi müddətində ünvanlı dövlət sosial yardımının təyin olunma müddəti bitən aztəminatlı ailələrə də dəstək göstərilib. Onlara bu yardımın verilməsi müddəti karantin rejimi başa çatdığı tarixdən sonrakı ayın 1-dək uzadılıb.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930