SON DƏQQƏ

naxcivanxeberleri.com

Ailənin çətin həyat şəraitində olmasını təsdiq edən sənədlərə dəyişiklik edildi

Ailənin çətin həyat şəraitində olmasını təsdiq edən sənədlərə dəyişiklik edildi
25-04-2020, 22:07

“Çətin həyat şəraitində hesab edilmənin əsasları üzrə şəxsin (ailənin) çətin həyat şəraitində olmasını təsdiq edən sənədlərin siyahısı”na dəyişiklik edilib.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb.

Sənədlə siyahının 2.1.7-ci yarımbəndində dəyişiklik olub.

Belə ki, övladlarını uşaqlar üçün sosial xidmət müəssisələrindən götürməkdən, habelə tərbiyə etməkdən və ya hüquq və mənafelərinin müdafiəsindən imtina etməsi barədə valideynlərin notarial qaydada təsdiq edilmiş ərizəsi valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşağın çətin həyat şəraitində olmasını təsdiq edən sənədlər siyahısına daxil edilib.

İndiyədək həmin bənd aşağıdakı kimi idi:

“Uşaqlarını tərbiyə, müalicə, əhaliyə sosial xidmət və digər analoji müəssisələrdən götürməkdən, habelə tərbiyə etməkdən və ya hüquq və mənafelərinin müdafiəsindən imtina etməsi barədə valideynlərin notarial qaydada təsdiq edilmiş ərizəsi”.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930