SON DƏQQƏ

naxcivanxeberleri.com

İş yerlərində mütəmadi olaraq gigiyena qaydalarına əməl edilməlidir - Mikayıl Cabbarov

İş yerlərində mütəmadi olaraq gigiyena qaydalarına əməl edilməlidir - Mikayıl Cabbarov
25-04-2020, 17:59

İş yerlərində mütəmadi olaraq əllərin yuyulması, dezinfeksiya işlərinin aparılması, onlayn ticarətə üstünlüyün verilməsi, ticarət obyektlərində işçilərin maskalardan istifadəsi təmin edilməlidir. Kafe və restoranların fəaliyyəti bərpa edildikdən sonra masalararası məsafə təmin olunmalıdır.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirdiyi brifinqdə deyib.

Nazirin sözlərinə görə, insanlar iş yerlərinə tədircən qayıtmalıdırlar:

"Xüsusi həssas təbəqənin sağlamlığı diqqət mərkəzində olmalıdır. Biz bu iki amili balanslaşdırılmış şəklə gətirmək iqtidarında olmalıyıq. Xüsusi karantin rejiminin tətbiqinin ölkənin iqtisadiyyatı üçün böyük məsrəfi var. Təkcə Azərbaycanda deyil, bütün dünya ölkələrində vəziyyət belədir. Bunun nəticəsi olaraq, dünya üçün 2020-ci il üzrə proqnozlara yenidən baxılıb".

 

Nazir əlavə edib ki, karantin rejiminin yumşaldılması sosial təmasların artırılması, bu isə yoluxma hallarının yenidən aktivləşə bilməsi deməkdir:

"Məhz bu səbəbə görə hökumət tərəfindən çox dərin təhlillər aparılaraq bunun nəticəsində mərhələli çıxış planı hazırlanıb. Bizim gələcək fəaliyyət də bunun əsasında qurulmalıdır. Hər hansı təhlükə yaransa, tədbirlərin sərtləşdirilməsi müzakirə mövzusu ola bilər".

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930