SON DƏQQƏ

naxcivanxeberleri.com

Mikayıl Cabbarov: Növbəti günlər ərzində sahibkarlar üçün vergi güzəştlərinin qəbulu gözlənilir

Mikayıl Cabbarov: Növbəti günlər ərzində sahibkarlar üçün vergi güzəştlərinin qəbulu gözlənilir
25-04-2020, 17:20

Növbəti günlər ərzində sahibkarlar üçün vergi güzəştlərinin qəbulu gözlənilir.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirdiyi brifinqdə deyib.

Nazirin sözlərinə görə, koronavirusdan zərər çəkən sahibkarlar üçün vergi güzəştləri, sosial sığıorta ödənişləri sahəsində olan paket Prezident İlham Əliyev tərəfindən Milli Məclisə göndərilir. Növbəti günlər ərzində onun qəbulu gözlənilir.

Koronavrusla mübarizə üçün ianələr verən sahibkarlara təşəkkür edən nazir əlavə edib ki, ölkəmizdə koronavirusla mübarizə sahəsində vaxtında qabaqlayıcı tədbirlər həyata keçirilib:

“Çox ümid etmək istəyirəm ki, karantin qaydalarının yumlaşdılması davamlı olacaq. Başlıca mesajımız ondan ibarətdir ki, yeni iqtisadi həyat tərzinə öyrəşməliyik. Bunun əsas səbəbi odur ki, bu gün mövcud olan elmi məlumata görə, pandemiyanın müddətini proqnozlaşdırmaq mümkün deyil. Onun nə zamana qədər uzanacağı insanların qaydalara nə dərəcədə əməl etməsindən asılıdır. Sahibkarların biznesinin nə dərəcədə uğurlu olması da onların yeni qaydaları necə tətbiq etməsindən asılıdır”.

M.Cabbarov əlavə edib ki, Prezident İlham Əliyev tərəfindən sahibkarlara əhəmiyyətli dövlət dəstəyi təmin edilib. Bütün addımlar atıldı ki, iqtisadiyyatın strukturu qorunsun, məşğulluğun azalmasına yol verilməsin, Azərbaycan iqtisadiyatı öz rəqabətliyini qoruya bilsin”.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930