SON DƏQQƏ

naxcivanxeberleri.com

Şagirdlər və valideynlər üçün sosial-maarifləndirmə layihəsinə start verilib

Şagirdlər və valideynlər üçün sosial-maarifləndirmə layihəsinə start verilib
25-04-2020, 14:25

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) sosial-maarifləndirmə layihəsinə start verib.

BŞTİ-dən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, "Məktəb psixoloqundan tövsiyələr" adlı sosial-maarifləndirmə layihəsinin əsas məqsədi valideyn və şagirdlərə sosial təcrid günlərində onlayn psixoloji dəstək göstərmək, uşaqlarla davranış baxımından valideynlərə düzgün istiqamət vermək, qarşılıqlı münasibətlərdə psixoloji dayanıqlılığı artırmaq və sosial yardımlaşma imkanlarını genişləndirməkdən ibarətdir.

Layihə çərçivəsində BŞTİ-nin tabeliyindəki məktəblərdə çalışan psixoloqların müvafiq mövzular üzrə hazırlanmış yığcam videomüraciətləri ictimaiyyətə təqdim olunacaq.
Videomüraciətlərdə mövcud tibbi-profilaktik vəziyyət səbəbindən evdə qalan şagirdlərin, eləcə də bütün vətəndaşların mənəvi-psixoloji dəstəyə zərurət duyduğu mövzularla bağlı müvafiq tövsiyələr veriləcək.

#EvdəQal #MəktəbPsixoloqundanTövsiyə #DəstəkAl #BakıTəhsilİdarəsi #Müəllim #Şagird #Valideyn

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930