SON DƏQQƏ

naxcivanxeberleri.com

“Facebook” qrup videozəng xidməti yaradır

“Facebook” qrup videozəng xidməti yaradır
25-04-2020, 13:06

“Facebook” şirkəti koronavirus pandemiyası müddətində populyarlığı kəskin artmış qrup videozəng xidməti yaradır.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, yeni proqramın yaradılmasını şirkətin təsisçisi Mark Zukerberq elan edib.

Onun sözlərinə görə, “Messenger Rooms” adı verilən proqramda videozəngə real vaxt rejimində 50 nəfərədək şəxs qatıla bilər.

Zənglərin müddəti ilə bağlı məhdudiyyət olmayacaq. Zəngə qoşulmaq üçün “Facebook” hesabının olması da tələb olunmayacaq.

M.Zukerberq əlavə edib ki, “Messenger Rooms” “WhatsApp” və “Instagram”da işləyəcək. Bu zaman da videozəng istidfadəçilərinin sözügedən platformalarda qeydiyyatı vacib olmayacaq.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930