SON DƏQQƏ

naxcivanxeberleri.com

"Ailə Könüllüləri” layihəsinə start verildi

"Ailə Könüllüləri” layihəsinə start verildi
24-04-2020, 20:55

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi "Ailə Könüllüləri" layihəsinə start verir.

Komitədən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, "Ailə Könüllüləri"nin fəaliyyətinin əsas məqsədi müxtəlif ünsiyyət vasitələri və əlaqə mexanizmlərindən istifadə etməklə milli-mənəvi dəyərlərimizin, sağlam həyat tərzinin, möhkəm ailə modelinin təbliği, bilik və təcrübələrin ötürülməsi yolu ilə müsbət həyat nümunələrinin və hekayələrinin insanlar arasında yayılması, həmçinin ailələrin asudə vaxtlarının səmərəli təşkilinə töhfə verməkdir.

Layihənin hədəfləri sırasında silahlı münaqişələr, təbii fəlakətlər, yanğınlar, epidemiyalar və digər fövqəladə hallar nəticəsində zərər çəkmiş şəxslərə dəstək göstərilməsi də mühüm yer tutur.

"Ailə Könüllüləri"nin fəaliyyətinin məqsədləri sırasına həmçinin həssas qruplara daxil, aztəminatlı, o cümlədən gənc ailələrin qarşılaşıdqları çətinliklərin və problemlərin həlli üçün müvafiq xidmətlərə yönləndirmək, habelə sosial, psixoloji və mənəvi dəstək göstərmək də daxildir.

"Ailə Könüllüləri"nin fəaliyyəti yalnız ailələri deyil, həm də yerli icmaların inkişafına birgə töhfə vermək üçün imkanlar yaradır və ən əhəmiyyətlisi, uşaqlarda xeyirxahlıq, mərhəmət və humanizm keyfiyyətlərinin aşılamağa yönəlir.

"Ailə Könüllüləri" layihəsinə qoşulmaq və "Ailə könüllüsü" kimi fəaliyyət göstərmək üçün ailələr müvafiq (əlavə edilir) anket formasını dolduraraq [email protected] elektron poçt ünvanına göndərə bilərlər.

Anket forması qəbul edildikdən sonra Təşkilat Komitəsi tərəfindən ailələrlə əlaqə saxlanılacaq və onlarla müsahibə keçiriləcək.

"Ailə Könüllüləri"nin fəaliyyəti "Könüllü fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanunu, digər qanunvericilik aktları və AR Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə könüllü arasında bağlanmış müqavilə ilə tənzimlənir.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930