SON DƏQQƏ

naxcivanxeberleri.com

Naxçıvanda gənclər arasında onlayn kitab müzakirəsi keçirilib-FOTO

Naxçıvanda gənclər arasında onlayn kitab müzakirəsi keçirilib-FOTO
24-04-2020, 19:27

24 aprel 2020-ci il tarixdə "Zoom" proqramı vasitəsilə "Kitabi-Dədə Qorqud dastanı və milli-mənəvi dəyərlər" mövzusunda onlayn kitab müzakirəsi keçirilib.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, AMEA Naxçıvan Bölməsinin Təhsil və kadrlar şöbəsinin baş mütəxəssisi, filologiya üzrə fəlsəfə doktoru, yazıçı Leyla Səfərova çıxış edərək bildirib ki, kökləri mifoloji dünyagörüşünə gedib çıxan Dədə Qorqud dastanları XI yüzillikdə "Kitabi-Dədəm Qorqud" adı altında yazıya alınıb. Abidəni ilk dəfə tədqiqata cəlb etmiş alman şərqşünası Fridrix fon Ditsin fikrinə görə, buradakı bəzi mifoloji süjetlər, məsələn, Təpəgöz süjeti qədim Yunanıstanda yaranmış analoji süjetlərə qida vermişdir. "Kitabi-Dədə Qorqud"dakı Təpəgöz obrazı Homerin "Odisseya" dastanındakı Polifem obrazı ilə müqayisədə daha qədimdir. İndiyədək "Kitabi-Dədə Qorqud"un iki əlyazması məlumdur. Bunlardan biri – alman şərqşünası Fridrix fon Dits tərəfindən İstanbuldan Almaniyaya aparılmış və Drezden şəhərinin kitabxanasına bağışlanmış bir müqəddimə və on iki boydan (dastandakı ayrı-ayrı əhvalatlar boy adlanır) ibarət olan Drezden nüsxəsi, o biri isə XX əsrin 50-ci illərində Vatikanda tapılmış bir müqəddimə və altı boydan ibarət nüsxədir.
Müzakirə əsnasında gəncləri maraqlandıran suallar cavablandırılııb. 20 nəfər gəncin iştirak etdiyi müzakirə Gənclər və İdman Nazirliyinin, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin, “Gənclərin İntellektual İnkişaf” Mərkəzi İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçiril
ib.


Naxçıvanda gənclər arasında onlayn kitab müzakirəsi keçirilib-FOTO


Naxçıvanda gənclər arasında onlayn kitab müzakirəsi keçirilib-FOTO

 

 

 

 

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930