SON DƏQQƏ

naxcivanxeberleri.com

Azərbaycanda televiziya kanalları birgə fəaliyyət üçün anlaşdılar

Azərbaycanda televiziya kanalları birgə fəaliyyət üçün anlaşdılar
24-04-2020, 18:21

Azərbaycanda ümumölkə televiziya kanalları televiziya industriyasının inkişafı istiqamətində birgə fəaliyyət üçün Anlaşma sənədini imzalayıb.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bu barədə  Milli Televiziya və Radio Şurasından məlumat verilib.

Azərbaycan Respublikasında fəaliyyət göstərən 12 ümumrespublika televiziya kanalını təmsil edən 9 media qurumu televiziya industriyasının inkişafı istiqamətində birgə fəaliyyət üçün Anlaşma sənədi imzalayıblar.

Ümumrespublika televiziya kanallarının rəhbərləri tərəfindən imzalanmış razılaşma Milli Televiziya və Radio Şurası tərəfindən ölkənin televiziya məkanında ciddi islahatların başlanğıcının işarəsi kimi qəbul edilib.

Yaxın iki həftə ərzində Milli Televiziya və Radio Şurası kabel şəbəkə operatorları, IP TV xidmət provayderləri, radio kanallar, reklam agentlikləri, telekanallar üçün video kontent istehsalçıları, həmçinin, dövlət strukturları və Milli Məclis üzvləri ilə əlavə məsləhətləşmələr apararaq Azərbaycanın audiovizual industriyasının inkişafı konsepsiyasının yaradılması üzərində işə başlayacaqdır.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930