SON DƏQQƏ

naxcivanxeberleri.com

Poçt şöbələrinin iş vaxtı uzadıldı

Poçt şöbələrinin iş vaxtı uzadıldı
24-04-2020, 14:00

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərpoçt” MMC-nin poçt şöbələrinin (kənd poçt şöbələri istisna olmaqla) gündəlik iş vaxtı saat uzadıldı. 

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bu barədə nazirlikdən məlumat verilib.

Məqsəd Azərbaycan hökuməti tərəfindən tətbiq edilən xüsusi karantin rejimi müddətində əhaliyə göstərilən xidmət səviyyəsinin daha da yüksəldilməsi, eləcə də işsizlər və xüsusi karantin rejiminə görə işini itirən qeyri-formal işləyən şəxslərdən ibarət aztəminatlı vətəndaşlara birdəfəlik ödəmənin verilməsi prosesində operativliyin təmin olunmasıdır.

Artıq Bakıda və regionlarda yerləşən poçt şöbələri bazar günləri də daxil olmaqla hər gün saat 09:00-dan 18:00-dək vətəndaşlara xidmət göstərəcək.

Paytaxtla yanaşı, Sumqayıt, Cəlilabad, Zaqatala və Ağdaşdakı “Şəbəkə” xidmət mərkəzləri də eyni iş rejimində çalışacaq.

Kənd poçt şöbələri isə əvvəlki iş rejiminə uyğun olaraq saat 09:00-dan 17:00-dək işləyəcək.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930