SON DƏQQƏ

naxcivanxeberleri.com

Azərbaycanda Zirvə Oyunları təmassız keçiriləcək

Azərbaycanda Zirvə Oyunları təmassız keçiriləcək
24-04-2020, 11:30

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü münasibətilə uşaqlar arasında VIII ənənəvi Zirvə Beynəlxalq Uşaq Oyunları qeyri-adi formada təşkil olunacaq. 

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, budəfəki yarışların dünyada tuğyan edən koronavirus pandemiyası səbəbindən təmassız (onlayn) keçirilməsi nəzərdə tutulub. Oyunlar ölkə ərazisində tətbiq edilən xüsusi rejim – karantin qaydalarına uyğunlaşdırılacaq.

Vəziyyəti nəzərə alaraq uşaqlar arasında basketbol (səbətə top atma), futbol (məsafədən qapıya zərbə vurma), uşaq atletikası (uzununa tullanma, simvolik nizə atma və s.), kamandan oxatma (azyaşlı uşaqlar üçün uyğunlaşdırılmış avadanlıqlarla) və atıcılıq (azyaşlı uşaqlar üçün uyğunlaşdırılmış avadanlıqlarla) yarışları keçiriləcək. #evdəqalsağlamqal prinsiplərinə uyğun olaraq, lazım gəlsə, avadanlıqların hər bir yeniyetmə idmançının evinə qədər daşınması və fərdi yarışma şansının verilməsi nəzərdə tutulub. Bu imkan olmadığı halda idmançıların onlayn şəkildə qoşularaq canlı yayımda evlərindən bu hərəkətləri etməsi planlaşdırılır. 

Hər iki halda, yerinə yetirilən təmrinlər yarışda iştirak kimi qeydə alınacaq, nəticələr emal edilərək bütün iştirakçılar arasında hər növ və hər növdə hər yaş qrupu üzrə ayrıca qalibləri mütəxəssislər müəyyənləşdirəcək. Qaliblərlə medalçılara hədiyyə və mükafatlar karantin rejiminin qaydalarına uyğun olaraq ilkin mərhələdə elektron formada, daha sonrasında yarışların bağlanış mərasimində real şəkildə təqdim ediləcək. 

Yarışların təqvimi və vaxt cədvəli, həmçinin yarışların əsasnaməsi bütün təfərrüatlar nəzərə alınaraq yaxın günlərdə ictimaiyyətə təqdim olunacaq.

Qeyd edək ki, VIII Zirvə Beynəlxalq Uşaq Oyunlarının bu ilin mayında Astara şəhərində 30-dan çox ölkədən 10 000-dən çox idmançısının iştirakı ilə təşkili nəzərdə tutulmuş, müvafiq çalışmalar həyata keçirilərək ilkin mərhələ başa çatdırılmışdı. Lakin məlum pandemiya səbəbindən idman yarışlarının keçirilməsi mümkünsüz olmuş, Oyunların təşkili sual altına düşmüşdü. 

Ötən il 5 - 28 mayda Xırdalan və Astaradakı AAAF Park Yaşayış, İdman, İstirahət və Əyləncə Komplekslərində keçirilmiş VII Zirvə Beynəlxalq Uşaq Oyunlarında 27 idman növündə 12 ölkədən olan 4 mindən çox idmançı uşaq qüvvəsini sınamışdı.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930