SON DƏQQƏ

naxcivanxeberleri.com

Ordubad şəhərindəki qədim Cümə məscidi bərpa olunur-FOTO

Ordubad şəhərindəki qədim Cümə məscidi bərpa olunur-FOTO
23-04-2020, 19:59

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinin tapşırığına əsasən Ordubad şəhərindəki qədim Cümə məscidində bərpa işlərinə başlanılıb.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bərpa işləri zamanı abidənin memarlıq quruluşu saxlanılacaq. Burada dindarlar üçün lazımi şərait yaradılacaq. Sahəsi 890 kvadratmetr olacaq məsciddə axund otağı, qadın və kişi ibadət zalları və digər otaqlar yerləşəcək.

Məscidin həyətində dəstəmaz yeri yaradılacaq, geniş abadlıq işləri aparılacaq, müasir istilik, işıqlandırma və suvarma sistemləri qurulacaq. Məscidin bərpası zamanı, əsasən, milli memarlıq elementlərindən istifadə ediləcək.

Cümə məscidi orta əsrlərə aiddir. Qədim Cümə məscidinin memarlıq görkəmi XVII-XVIII əsrlərə aid abidələrin başlıca cəhətlərini özündə daşıyır. Tikili şəhərin ən hündür yerində ucaldılıb.

Qeyd edək ki, son illər ərzində muxtar respublikanın Babək rayonunun Nehrəm, Culfa rayonunun Əbrəqunus, Ordubad rayonunun Yuxarı Əylis, Şərur rayonunun Aralıq kəndlərində olan ibadət ocaqları, eləcədə ötən il Dırnıs kəndində “Allahşükür məscidi” istifadəyə verilib. 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı elan olunan Naxçıvan şəhərində hazırda İslam mədəniyyətinin incilərindən olan yeni məscid kompleksinin inşası davam etdirilir.

 

Rauf KƏNGƏRLİ

 

Ordubad şəhərindəki qədim Cümə məscidi bərpa olunur-FOTO

Ordubad şəhərindəki qədim Cümə məscidi bərpa olunur-FOTO
Ordubad şəhərindəki qədim Cümə məscidi bərpa olunur-FOTO
Ordubad şəhərindəki qədim Cümə məscidi bərpa olunur-FOTO
Ordubad şəhərindəki qədim Cümə məscidi bərpa olunur-FOTO

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930