23:41 - Teledərslərin yanvarın 19-na olan cədvəli açıqlanıb
22:53 - Disneyland Paris yenidən açılmasını 2 aprelə qədər təxirə saldı
22:17 - Azərbaycan-Türkiyə media platformasının əhatə dairəsi məlum oldu
22:08 - Ata və oğulun barıt qoxulu xatirələri... (Oçerk)
21:46 - Sovetlər birliyinin dağıldığı ilk yer: Naxçıvan
21:34 - Azərbaycanla Türkiyə televiziya və kino sahəsində ortaq tədbirlər keçirəcək
21:25 - Dənizdə dalğanın hündürlüyü 2,8 mətrə çatıb, güclü külək əsir - Faktiki Hava
21:11 - ABŞ Konqresinə giriş-çıxış məhdudlaşdırılıb
20:47 - Yeni türk və qırğız kanalları “Azerspace-1” peyki üzərindən yayıma başladı
19:56 - Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin Kollegiya iclası keçirilib-FOTO
19:33 - Məktəblilər arasında “Şəhidlər unudulmur” mövzusunda inşa yazı müsabiqəsi keçirilib
19:05 - “Dərs vaxtı”nda cədvələ uyğun mövzular təqdim olunub
18:45 - Kəlbəcərin Alolar kəndi-FOTO
18:35 - Azərbaycanda 503 nəfər COVID-19-dan sağalıb, 118 nəfər yoluxub, 13 nəfər vəfat edib
UNICEF-in Azərbaycan nümayəndəliyi COVID-19 pandemiyası ilə bağlı maarifləndirmə layihəsinə başlayır
Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) Azərbaycandakı nümayəndəliyi, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID) və Bakı Media Mərkəzi ilə birgə əməkdaşlıq çərçivəsində COVID-19 pandemiyası ilə bağlı maarifləndirmə layihəsinə başlayır.
Bakı Media Mərkəzindən NAXCİVANXEBERLERİ.COM-a bildirilib ki, layihədə məqsəd dünya üzrə koronavirusa (COVID-19) yoluxma halının sürətlə artması və problemin aktuallığını nəzərə alaraq xüsusilə uşaqlara və onların valideynlərinə zəruri məlumatları sadə, maraqlı və hətta əyləncəli formada təqdim etməkdir.
Layihə çərçivəsində COVID-19 virusu ilə bağlı bir çox istiqamət üzrə maarifləndirici məlumatlar UNICEF-in Azərbaycan nümayəndəliyinin rəsmi “Instagram” səhifəsində (https://www.instagram.com/unicef_azerbaijan/) yer alacaq. Səhifədə əhalinin evdə qalması zərurəti və virus simptomları, ev şəraitində uşaqların inkişafı ilə bağlı tövsiyələr, gigiyena qaydaları daxil olmaqla sağlam həyat tərzinin təbliği, yalnız etibarlı mənbələrdən məlumatların əldə edilməsi vacibliyi kimi zəruri materiallar təqdim olunacaq.
Həm böyüklərə, həm də uşaqlara maraqlı olacaq layihə çərçivəsində maarifləndirici qrafik çarxlar, uşaqların iştirakı ilə təcrübə xarakterli videolar, sosial şəbəkələrdə interaktiv oyunlar izləyicilərə təqdim olunacaq. Bundan başqa, uşaqlar üçün məzmunlu nağıllar, karantin vaxtı lazım ola biləcək psixoloji dəstək, bir çox mütəxəssislər və tanınmış şəxslər tərəfindən verilən maraqlı və faydalı məsləhətlər də səhifədə yerləşdiriləcək. UNICEF “Azerbaijan Instagram” səhifəsində təqdim olunacaq foto, qrafika və videomateriallar istənilən sosial və ənənəvi media nümayəndələri tərəfindən də istifadə oluna bilər.
Qeyd edək ki, layihə çərçivəsində kreativ və istehsalat işlərini Bakı Media Mərkəzi həyata keçirəcək.