SON DƏQQƏ

naxcivanxeberleri.com

“Evdə qal, sən də yarat” adlı onlayn rəsm müsabiqəsi

“Evdə qal, sən də yarat” adlı onlayn rəsm müsabiqəsi
23-04-2020, 15:31

Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən uşaq və yeniyetmələr arasında “Evdə qal, sən də yarat” adlı onlayn rəsm müsabiqəsi keçirilir.   

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, müsabiqənin şərtlərinə görə, heç yerdə sərgilənməmiş və yeni çəkilmiş əsərlər təqdim olunmalıdır. Mövzu seçimi sərbəstdir, lakin sağlamlıqla bağlı və insanların səhhətini qoruması ilə əlaqədar orijinal düşüncəni özündə əks etdirən əsərlərə daha çox üstünlük veriləcək.                                                         

Müsabiqəyə təqdim olunan əsərlər Mədəniyyət Nazirliyi tərəfindən müəyyən edilmiş münsiflər heyəti tərəfindən qiymətləndiriləcək, qaliblər müəyyən ediləcək. Nəticələr aprelin 27-də nazirliyin internet saytında və sosial şəbəkə hesablarından elan olunacaq. Qaliblər nazirliyin diplom və hədiyyələri ilə mükafatlandırılacaq.      

Qeyd edək ki, müsabiqədə iştirak etmək istəyən 18 yaşadək uşaq və yeniyetmələr çəkdikləri bir və ya iki rəsm əsərinin fotosunu  [email protected] e-mail adresinə və yaxud (050) 867-57-57 vatsap nömrəsinə göndərə bilərlər.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930