SON DƏQQƏ

naxcivanxeberleri.com

Diaspor Gənclərinin III Yay Düşərgəsi təxirə salındı

Diaspor Gənclərinin III Yay Düşərgəsi təxirə salındı
23-04-2020, 14:11

Diaspor Gənclərinin III Yay Düşərgəsində iştirak etmək üçün müraciət müddəti qeyri-müəyyən vaxtadək uzadılıb.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bu barədə  Azərbaycan Diaspor Gənclərinin III Yay Düşərgəsinin Təşkilat Komitəsindən məlumat verilib. Qeyd olunub ki, dünyanı bürümüş COVID-19 pandemiyası səbəbindən bir çox ölkə və beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilmə qrafiklərində dəyişikliklər edilib: "Qeyd olunanları və gənclərimizin düşərgəyə marağını nəzərə alaraq, düşərgədə iştirak üçün müraciət müddətinin qeyri-müəyyən vaxtadək uzadıldığını diqqətinizə çatdırır, hər birinizi qeydiyyatdan keçməyə dəvət edirik.

Eyni zamanda bildiririk ki, III Yay düşərgəsinin 12-19 iyul tarixlərində keçirilməsi planlaşdırılsa da, dünyada və ölkəmizdəki mövcud vəziyyət düşərgə tarixinin dəyişdirilməsini zəruri edir. Düşərgənin keçirilmə tarixi barədə məlumat yaxın zamanlarda təqdim ediləcək".

Qeyd edək ki, bu günədək dünyanın 21 ölkəsindən 100-dən çox gənc düşərgədə iştirak üçün qeydiyyatdan keçib.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930