SON DƏQQƏ

naxcivanxeberleri.com

Azərbaycanda  kitab mədəniyyəti və müəlliflik huququnun qorunması

Azərbaycanda  kitab mədəniyyəti və müəlliflik huququnun qorunması
23-04-2020, 09:30

 

         YUNESKO 1995-ci il noyabrn  15-də Parisdə keçirilən 28-ci sessiyasında 23 apreli Ümumdünya Kitab və Müəllif  Hüquqları günü elan etmişdir. Bu gün 2001-ci ildən etibarən hər il ölkəmizdə də qeyd edilir. Yaradıcılıq anlayışı ilə sıx bağlı olan müəlliflik hüququ mədəniyyətin və biliklərin uzaq keçmişindən bəhrələnən məhsuldur. Azərbaycanda kitab nəşri, eləcə də müəlliflik anlayışının tarixi çox qədimdir. Xalqımız tərəfindən yaradılan qədim əmək mahnıları, mərasim nəğmələri, bayatılar, əfsanələr, rəvayətlər, qəhrəmanlıq dastanları əvvlər şifahi formada yayılmış, sonralar isə daş, ağac və gil üzərinə köçürülərək bu günümüzə qədər gəlib çatmışdır. Orta əsrlərdən başalayaraq görkəmli Azərbaycan şairləri öz şeirlərinin sonunda poetik adlarını işlətməklə müəlliflik hüququnu ilkin səmərəli qorunma formasını yaratmışlarşlar.

    Azərbaycanda kitab mədəniyyəti X-XII əsrlərdən başlayaraq yeni inkişaf mərhələsinə qədəm qoymuş,  ədəbiyyat, coğrafiya, təbabət, astronomiya, tarix, fəlsəfə, məntiqə aid gözəl əsərlər yaranmışdır. Bu dövrdə Azərbaycan kitab tarixini zənginləşdirən böyük alimlər, şairlər, yaşayıb yaratmışlar. Müxtəlif tarixi dövrlərin böyük ustadları olan Xətib Təbrizinin, Məhsəti Gəncəvinin , Nizami Gəncəvinin, Nəcməddin Naxçıvaninin, Hiduşah Naxçıvaninin , Nəsrəddin Tusinin, Qətran Təbrizinin, Bəhmənyarın və başqalarının müəlliflik hüquqlarının qorunmasını ortaya qoyan əlyazmaları bu günə qədər gəlib çatmışdır. Bu əlyazmalar ölkəmizdən başqa dünyanın bir sıra ölkələrində -ABŞ, Rusiya, Fransa, Almaniya, Vatikan, Çexya, Çin, Türkiyə, İran, Özbəkistan və başqa ölkələrdə qorunub saxlanılmaqdadır.  Bütün bunlar Azərbaycanda kitab və müəllif hüququnun qədim tarixə malik olmasından xəbər verir.

    Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev ölkəmizdə kitab mədəniyyətinə, nəşriyyat işinə, kitabların müəlliflərinə hər zaman xüsusi diqqət və qayğı göstərmişdir. Beləki, hələ ötən əsrin 70 illərindən başlayaraq ümumilli liderimizin rəhbərliyi ilə Azərbaycanda mətbəə və nəşriyyat sahələri yenidən qurulmuş, kitab nəşri geniş vüsət almış, yaradıcı insanlar hərtərəfli qayğı ilə əhatə olunmuşdur.

    Müstəqillik illərində dahi şəxsiyyətin rəhbərliyi ilə kitab nəşri və müəllimlik hüququ sahəsində daha geniş və ardıcıl tədbirlər həyata keçirilmiş, 1996-cı ildə “Müəlliflik hüququ və əlavəlik hüquqlar haqqında”, 1998-ci ildə “Kitabxana işi haqqında ”, 200-ci ildə nəşriyyat işi haqqında, 2003-cü ildə “Azərbaycan folkloru nümunələrinin hüququnun qorunması haqqında ” Azərbaycan Respublikasının qanunları qəbul edilmiş, bu sahədə zəngin qanunvericilik bazası yaradılmışdır.

           Bu sahəyə dövlət səviyyəsində göstərilən diqqətin nəticəsidir ki, ölkəmiz tezliklə “Müəllif hüquqları haqqında Ümumdünya Konvensiyasına qoşularaq geniş Beynəlxalq əməkdaşlığa da başlanmışdır” Ulu öndər kitab nəşrinə yüksək qiymət verərək demişdir: “Kitab nəşri hər bir ölkənin, xalqın mədəniyyətində, ümumiyyətlə, mənəvi ictimai həyatında çox görkəmli yer tutur. Ona görə də hər birimiz kitablara borcluyuq”

    Bu gün Azərbaycanda kitab nəşri və kitabxanaların fəaliyyətinin gücləndirilməsi, o cümlədən müəllif hüquqlarının qorunması sahəsində ardıcıl işlər görülür. Ölkə prezidenti İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasında kitabxana informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət proqramı”, “Azərbaycanda kitabxanaların fəaliyyətinin yaxşılaşdırılması haqqında”, “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” sərəncamlar görülən işlərin miqyasını daha da genişləndirmişdir.

         Bu sahədə Heydər Əliyev fondu tərəfindən də mühüm tədbirlər görülür. Son illər fond tərəfindən Azərbaycan tarixi, mədəniyyəti, musiqisi, xalçaları, muğamları, xalq yaradıcılığı, bir sözlə, mədəni irsimizlə bağlı nəşr olunan kitablar, elektron daşıyıcılar, zəngin  elmi və mədəni potensialımızın dünyada tanıdılması, xalqımızın müəlliflik hüququnun beynəlxalq aləmdə qorunması istiqamətində həyata keçiriləm məqsədyönlü tədbirlərdir. Aparılan işlərin bəhrəsi olaraq xalqımızın zəngin mədəniyyətini və tarixinin ən gözəl inciləri YUNESKO tərəfindən bəşəriyyətin qeyri- maddi-mənəvi irs siyahısına daxil edilmişdir. Son illər Azərbaycanda yazıçıların əsərlərinin xarici ölkələrdə nəşr olunması, beynəlxalq kitab yarmarkalarında, sərgilərində nümayiş olunması da bu sahədə əldə olunan müsbət nəticələrdən xəbər verir.

    Naxçıvan Muxtar Respublikasında da kitab nəşri və müəllif hüquqlarının qorunmasına ciddi diqqət yetirilir, bu sahədə görülən işlərin əhatə dairəsi getdikcə genişlənir. Son ilər Muxtar respublikada fəaliyyət göstərən kitabnxanaların yenidən qurulması, müasir binalara köçürülməsi, maddi-texniki bazanın möhkəmləndirilməsi , elektron kitabxanaların yaradılması, nəşriyyatların müasir çap avadanlıqları və yeni bina ilə təmin edilərək istifadəyə  verilməsi kitab nəşrinin sürətləndirilməsinə, müəlliflərin azad və maneəsiz fəaliyyətinə hərtərəfli imkanlar açmışdır. Bu məqsədlə həyata keçirilən tədbirlərin tərkib hissəsi olaraq, Naxçıvan şəhərində Kitab Evi fəaliyyətini, Naxçıvan Muxtar Respublika Kitabxanasının binası əsaslı şəkildə yenidən qurulmuş, elektron kitabxa sistemi yaradılmışdır.

    Muxtar respublikada təhsil və elm müəssisələrində də kitabxanaların yenidən qurulması davamlı olaraq həyata keçirilir. Beləki, Naxçıvan Dövlət Universitetində, “Naxcıvan” universitetində, Naxçıvan Müəllimlər İnstitutunda və Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan   Bölməsində  elektron kitabxanaların istifadəyə verilməsi  bunu bir daha təsdiq edir. Bundan başqa, Məhdud Fiziki İmkanlılar üçün  Naxçıvan  Regional İnformasiya Mərkəzində auidio və elektron kitabxana sistemi də yaradılmışdır.

Bu gün Muxtar respublika  kitabxanalarının maddi-texniki bazasının gücləndirilməsi ilə yanaşı, kitab fondlarının zənginləşdirilməsi istiqamətində də ardıcıl tədbirlər həyata keçirilir.”Azərbaycan dilində latın qrafikası ilə  kütləvi nəşrlərin həyata keçirilməsi haqqında “Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 12 yanvar tarixli  Sərəncamına əsasən, Muxtar respublika kitabxanalarına  500-minə yaxın elmi və bədii ədəbiyyat paylanmışdır.

        Bu sahədə həyata keçirilən tədbirlərin nəticəsidir ki, bu gün istər Naxçıvan şəhərində, istərsə də ucqar dağ kəndlərində kitabxana işi müasir tələblər səviyyəsində qurulmuşdur. Bu da insanların kitaba olan marağını artırmışdır. Naxçıvan  Muxtar   Respublikası  Ali Məclisi Sədrinin qayğı və himayəsi sayəsində nəşr olunmuş “Naxçıvan Ensiklopediyası”, ”Naxçıvan Abidələri Ensiklopediyası”, “Naxçıvan Xanlığı”, ”Naxçıvan  tarixi atlası”, ”Naxçıvan  folkloru”, ”Naxçıvan teatrının salnaməsi”, ”Naxçıvan  milli geyimləri”, ”Gəncliyimiz-gələcəyimiz”, ”Naxçıvanda arxeoloji tədqiqatlar”, ”Nuh peyğəmbər, Dünya tufanı və Naxçıvan”, ”Naxçıvan tikmələri”, ”Naxçıvan mətbəxi”, ”Naxçıvan tarixi” çoxcildliyi tariximizi və milli dəyərlərizi öyrənmək üçün dəyərli elmi mənbələrdir. Bu kimi tədbirlərin və işlərin ardıcıl həyata keçirilməsi dövlətin bu sahəyə xüsusi önəm verməsinin  göstəricisidir. Muxtar respublikada müasir nəşriyyat və mətbəələrin fəaliyyət göstərməsi bu sahənin inkişafında mühüm rol oynayır.

       Naxçıvanda yaşayan yaradıcı şəxslər bu gün kitab nəşri sarıdan heç bir çətinlik çəkmirlər. İl ərzində gənc şair və yazıçıların onlarla kitabı işıq üzü görür. Bu gün Naxçıvanın qələm sahiblərinin yaradıcılıqları ölkə və dünya miqyasında tanınır və sevilir. Bütün bunlar bir daha Muxtar respublikada müəllif hüquqlarına  və kitab işinə ayrılan diqqətin ,müəlliflərə göstərilən qayğının bariz nümunəsidir.

        Bəşəriyyətin elmi və mədəni intibahı insanların yaradıcı təfəkkürünün məhsuludur. Bu mənada  Ümumdünya Kitab və Müəllif Hüquqları Günü hər kəsin diqqətini kitabların və kitab hüquqlarının qorunmasına cəlb etməlidir. Xalqımıza Əcəmi Naxçıvani, Bəhruz Kəngərli, Mirzə Cəlil, Hüseyn Cavid, Məmməd Səid Ordubadi, Yüsif  Məmmədəliyev, Əziz Şərif,  Məmməd Araz, İslam Səfərli, Hüseyn İbrahimov və digər görkəmli şəxsiyyətlər bəxş  edən Naxçıvan torpağında əqli mülkiyyət yaradıcılarının hüquqlarının qorunması sahəsindəki zəngin ənənələr  bu gün də davam və inkişaf  etdirilir.

 

Nəzakət İSMAYILOVA

Naxçıvan Dövlət Universiteti

Fililogiya üzrə fəlsəfə doktoru,dosent                                                                           

 

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930