SON DƏQQƏ

naxcivanxeberleri.com

Naxçıvanda gənclər arasında "Mənim Qəhrəmanım" adlı onlayn vətənpərvərlik aksiyası keçirilir

Naxçıvanda gənclər arasında "Mənim Qəhrəmanım" adlı onlayn vətənpərvərlik aksiyası keçirilir
22-04-2020, 19:03

Əziz Gənclər! Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2017-ci il 15 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının 5.1.2-ci (Azərbaycan tarixində müstəsna xidmətləri olmuş şəxsiyyətlərin, Azərbaycanın ərazi bütövlüyü uğrunda şücaət göstərmiş döyüşçülərin, o cümlədən Milli Qəhrəmanların gənclər arasında tanıdılması ilə bağlı layihələrin həyata keçirilməsi) yarımbəndinin icrasının təmin edilməsi məqsədi ilə və Faşizm üzərində Qələbənin 75 illiyini nəzərə alaraq, Gənclər və İdman Nazirliyi tərəfindən 2020-ci ilin aprel ayının 26-dan iyun ayının 26-dək gənclər arasında "Mənim Qəhrəmanım" adlı onlayn vətənpərvərlik aksiyası keçirilir.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, aksiyaya qoşulmaq üçün Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuş və şücaət göstərmiş xalqımızın qəhrəman oğul və qızlarının, eləcə də II Dünya Müharibəsinin iştirakçısı olan doğmalarınızın timsalında qəhrəmanlarınız haqqında (1 nəfər) qısa məlumatı (doğum və ölüm tarixləri, təltifləri, iştirak etdiyi döyüşlər haqqında) şəkillə birlikdə sosial   şəbəkələrdə #MənimQəhrəmanım#GənclərvəİdmanNazirliyi #NAXGİN hashtagları ilə paylaşın. Hər bir məlumat ... “O Mənim Qəhrəmanımdır” sözləri ilə bitməlidir.
Qəhrəmanlıq qəhrəmanlarla əbədiləşir! Qəhrəmanlarımızı tanıyaq və tanıdaq!

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930