SON DƏQQƏ

naxcivanxeberleri.com

Türkiyədə təhsil alan tələbələrimizdən maraqlı - VİDEOÇARX

Türkiyədə təhsil alan tələbələrimizdən maraqlı - VİDEOÇARX
22-04-2020, 16:00

Azərbaycanla Türkiyə arasında quru və hava əlaqələri koronavirus pandemiyası səbəbi ilə kəsildiyindən ölkəyə dönə bilməyən tələbələrimiz maraqlı videoçarx hazırlayıblar.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, "Report"un Türkiyə bürosu xəbər verir ki, İstanbul Univeristeti və Yıldız Texnik Universitetində təhsil alan 12 tələbə hazırladıqları videoçarxda evdə və yataqxanalarda qalmaqla vaxtlarını necə maraqlı keçirdiklərini göstərməyə çalışıblar.

"Evdə qal!" şüarı altında ekranlaşdırılan film Türkiyədə təhsil alan azərbaycanlı tələbələri birləşdirən Azərbaycan-Türkiyə Qardaşlıq və Həmrəylik Cəmiyyətinin qurucusu Toğrul Xıdırlının təklifi ilə həyata keçirilib. 

Sonda tələbələr koronavirusa yoluxmamaq üçün hər kəsi evdə qalmağa çağırıblar.

Azərbaycanın Türkiyədəki səfirliyinin təhsil müşaviri Nəcibə Nəsibova "Report"un yerli bürosuna açıqlamasında videoçarxı çox bəyəndiyini və tələbələrin vaxtlarını səmərəli şəkildə dəyərləndirdiyini deyib: “Tələbələr videoçarxı mənə də göndərdilər, izlədim və çox bəyəndim. Düşünürəm ki, belə yaradıcı işlər onların asudə vaxtlarını dəyərləndirməyə və təbii ki, faydalı mesajlarla digər gəncləri məlumatlandırmağa və həmrəy olmağa sövq edir”.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930