SON DƏQQƏ

naxcivanxeberleri.com

“Azərkosmos” məktəblilər və tələbələr üçün vebinarlara start verdi

“Azərkosmos” məktəblilər və tələbələr üçün vebinarlara start verdi
21-04-2020, 21:37

“Azərkosmos” koronavirus pandemiyasının davam etdiyi müddətdə “Evdə qal, elmdən və təhsildən qalma!” adlı təşəbbüsü ilə kosmosu və digər aktual mövzuları əhatə edən vebinarlara start verib.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, vebinarlar pandemiya ilə əlaqədar məktəbli və tələbələrin evdə qaldıqları müddət ərzində vaxtlarını səmərəli və faydalı keçirmələri üçün “Azərkosmos”un heyəti tərəfindən təqdim olunur.

Bu gündən etibarən başlayan “Peyklərin növləri və xüsusiyyətləri, Peyk altsistemləri” mövzusundakı ilk vebinar interaktiv formada keçib.

Növbəti günlərdə “Azərkosmos” tərəfindən təqdim olunacaq vebinarlar aşağıdakı mövzuları və auditoriyanı əhatə edəcək:

  • “Kosmosda insan” (Məktəblilər üçün), 23 aprel, saat 15:00-16:30
  • “Davranış iqtisadiyyatı: davranışı başa düşmək və formalaşdırmaq” (Tələbələr üçün), 27 aprel saat 14:30-16:00
  • “Orbitlər və peyklər” (Məktəbli və tələbələr üçün), 29 aprel, saat 11:00-12:30
  • “Kosmik fatehlər” (Məktəblilər üçün) 1 may, saat 15:00-16:00.

Qeyd edək ki, siyahıda qeyd edilmiş vebinarlar barədə “Azərkosmos”un Facebook və Linkedin səhifələrində əvvəlcədən elan olunacaq. Bütün vebinarlar Azərbaycan dilində Zoom platforması üzərindən keçiriləcək.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930