SON DƏQİQƏ

naxcivanxeberleri.com

Şərur rayonundan daha bir sağlamlıq imkanları məhdud uşaq distant tədrisə cəlb edilib-FOTO

Şərur rayonundan daha bir sağlamlıq imkanları məhdud uşaq distant tədrisə cəlb edilib-FOTO
13-02-2019, 16:18

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”nın icrası sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlbinin davamlılığını təmin etməklə yanaşı, onların inklüziv və məsafədən təhsil imkanlarının genişlənməsinə və cəmiyyətə inteqrasiyasına əlverişli şərait yaradıb.
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müddafiəsi Nazirliyindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə,Dövlət Proqramının icrası istiqamətində həyata keçirilən tədbirlərin davamı olaraq, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müddafiəsi, Təhsil və Rabitə Nazirliklərinin birgə təşkilatçılığı ilə Fevral ayının 13-də Şərur rayonunun Xələc kəndindən sağlamlıq imkanları məhdud daha bir uşaq distant tədrisə cəlb edilib. Bu məqsədlə, onun yaşadığı mənzilə rabitə və internet xətləri çəkilib, müvafiq texniki avadanlıqlar quraşdırılıb. Bununla yanaşı, sağlamlıq imkanları məhdud uşaq Mövlan Heydərli zəruri dərs ləvazimatları, tədris vəsaitləri, məktəbli geyimi ilə təmin olunub, ona tədris prosesinin gedişinə uyğun müvafiq təlimatlar verilib. Bununla da, muxtar respublikada distant tədrisə cəlb edilmiş sağlamlıq imkanları məhdud uşaqların sayı 23-ə çatıb.
M.Heydərlinin valideynləri yaradılan şəraitə görə minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, sözügedən ailənin aztəminatlı olması nəzərə alınaraq, ötən il Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən özünəməşğulluq üzrə dövlət proqramına da cəlb edilib.
Şərur rayonundan daha bir sağlamlıq imkanları məhdud uşaq distant tədrisə cəlb edilib-FOTOŞərur rayonundan daha bir sağlamlıq imkanları məhdud uşaq distant tədrisə cəlb edilib-FOTO

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Mart 2020    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031