SON DƏQQƏ

naxcivanxeberleri.com

21 aprel Ümumdünya Yaradıcılıq və İnnovasiya Günüdür

21 aprel Ümumdünya Yaradıcılıq və İnnovasiya Günüdür
21-04-2020, 12:22

21 aprel tarixində qeyd olunan Ümumdünya Yaradıcılıq və İnnovasiya Günü insan fəaliyyətinin müxtəlif sferalarında yaradıcılığın və innovasiyaların rolu nəzərə alınaraq Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən təsis edilib.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən verilən məlumata görə, bu gün hazırda innovasiyaların geniş tətbiq olunduğu ölkəmiz üçün əlamətdar hesab edilir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə ölkədə innovasiya infrastrukturu formalaşdırılır. Yüksək texnologiyalar və sənaye parkları yaradılıb, bu parkların rezidentləri üçün güzəştlər tətbiq edilib. İnnovasiya subyektlərinin maliyyə çıxışlarını təmin etmək üçün fondlar fəaliyyət göstərir və innovativ layihələrə qrantlar, güzəştli kreditlər verilir, innovativ sahibkarlıq sürətlə inkişaf edir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 6 noyabr 2018-ci il tarixli müvafiq Fərmanı ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnnovasiyalar Agentliyinin yaradılması ölkə başçısının bu sahəyə göstərdiyi diqqətin bariz nümunəsidir. Agentlik yerli sahibkarlıq subyektlərinə müasir texnologiyaların və texnoloji həllərin əldə olunmasında yardım göstərən və onların transferini təşkil edən, innovasiya yönümlü elmi tədqiqatları dəstəkləyən, innovativ layihələri, startapları təşviq edən, onları qrant, güzəştli kredit və nizamnamə kapitalına sərmayə, o cümlədən vençur maliyyələşməsi vasitəsilə maliyyələşdirən, innovasiya təşəbbüskarlığını təbliğ edən publik hüquqi şəxsdir.

Eyni zamanda, ölkə başçısının Azərbaycan Respublikasında innovativ inkişaf sahəsində koordinasiyanın təmin edilməsi haqqında 10 yanvar 2019-cu il Sərəncamı ilə qarşıya mühüm vəzifələr qoyulub. Azərbaycan Respublikasının innovasiya strategiyasının hazırlanması, koordinasiya subyektlərinin idarəetmə orqanlarında innovasiyalar üzrə mütəxəssis olması, koordinasiya subyektlərinin illik mənfəətinin müəyyən hissəsinin innovasiyaların tətbiqi və elmi tədqiqatların maliyyələşdirilməsinə yönəldilməsi, işçilərin innovasiya təşəbbüskarlığının və rəqəmli texnologiyalardan istifadə bacarıqlarının təşviq edilməsi kimi mühüm tapşırıqlar verilib.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930