SON DƏQQƏ

naxcivanxeberleri.com

Gülüstana dönən Gülüstan kəndi

Gülüstana dönən Gülüstan kəndi
21-04-2020, 10:10

Muxtar respublikamızda həyatın ayrılmaz ritminə çevrilən tikintiquruculuq işlərinin coğrafiyası böyüdükcə rayonumuzun da siması gözəlləşir, mövcud çətinliklər aradan qaldırılır, insanların sosialrifah halı yüksəlir. Şəhər və kəndlərimizin qoynunda tikilən sosial obyektlər, salınan yollar, körpülər, yaşıllıqlar rayonumuza müasirlik bəxş edir. Belə kəndlərimizdən biri də müasirliyə və abadlığa qovuşan Gülüstan kəndidir. Tarixi abidələri, qədim yaşayış yerləri, təbii sərvətləri ilə yanaşı, bu gün Gülüstan kəndi həm də müasir inkişafı ilə diqqəti cəlb edir. Digər yaşayış yerlərimizdə olduğu kimi bu kənddə də geniş quruculuq işləri aparılmış, yeni sosial obyektlər inşa olunmuş, kənd avtomobil yolunda yenidənqurma işləri aparıl - mışdır. Gülüstan kənd İnzibati Ərazi Dairəsi üzrə icra nümayəndəsi İlqar Novruzov bildirdi ki, Gülüstan kəndində 3 mərtəbədən ibarət 156 şagird yerlik məktəb binası, ikimərtəbəli kənd mərkəzi, feldşer-mama məntəqəsi və xidmət mərkəzi tikilib istifadəyə verilmiş, kənd yolu əsaslı şəkildə yenidən qurulmuşdur. Kənddə aparılan abadlıq işləri zamanı “Culfa şəhə rinin və ətraf kəndlərin içməli su və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi çərçivəsində Culfa şəhərinin girişində yeni su anbarı və sutəmizləyici qurğu kompleksi inşa olunmuşdur. Tikinti işləri apa - rılarkən su anbarından Gülüstan kəndinə dək diametri 160 millimetrlik borularla 2 kilometr, kənddaxili isə 7,3 kilometr içməli su xətti çəkilmiş, 160-a yaxın abonent daimi və ekoloji cəhətdən təmiz içməli su ilə təmin olunmuş, sayğaclar quraşdırılmışdır. İcra nümayəndəsi onu da qeyd etdi ki, kənddə suvarma suyu da günün tələbləri səviyyəsindədir. Araz çayı üzərində quraşdı - rılmış 3 nasos stansiyası Gülüstan kəndində suvarma suyuna olan tələbatın ödənilməsinə xidmət göstərir. Gülüstan kəndi rayonumuzda münbit torpağı, əlverişli iqlimi, müxtəlif növ meyvə bağı, dadlı-bərəkətli tərəvəz bitkiləri ilə tanınır. Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş aqrar islahatlar bu kənddə də öz bəhrəsini verib. Dövlət qayğısını hiss edən kəndin təsərrüfat adamları daha çox torpağa bağlanır, öz təsərrüfatlarını genişləndirərək xoş güzəranlarını qururlar. Kənd sakinlərindən Hakim Məmməd ov, Əli Alverdiyev, Malik Məmmədov, Seymur Zeynalov əkinçiliyə daha çox üstünlük verir, bu sahənin inkişaf etdirilməsinə qayğı ilə yanaşırlar. Qeyd edim ki, bu il kənddə 169,4 hektar payızlıq taxıl əkini aparılmışdır ki, bunun da 128 hektarı buğda qalanı isə arpadır. Əkin sahələrinin hamısı şırım üsulu ilə aparılmışdır. Yazın ilıq nəfəsinin duyulduğu bu günlərdə üz tutduğumuz Gülüstanda yaztarla işlərinə də başlanılıb. 20 hektardan artıq sahədə yazlıq şum qaldıran zəhmətkeş sakinlər daha çox arpa, kartof və çoxillik otların əkininə üstünlük verirlər. Torpaq mülkiyyətçisi Əbülfət Məmmədov qeyd edir ki, bu gün kəndliyə göstərilən dövlət qayğısının hesabına insanların qurub- yaratmaq eşqi yüksəlib. Torpağın köksündə salınan yeni yaşıllıq zolaqları “Təmiz hava, sağlam həyat” şüarına çevrilib. Bu qayğıdan ruhlanan sakinlər tikilib-qurulanları nəinki göz bəbəyi kimi qoruyur, hətta əkibbecərməkdən, bu torpağın sinəsini yaşıllıqlarla bəzəməkdən, zövq alırlar. Gülüstanda heyvandarlığa da maraq bö - yükdür. Kənd sakinlərindən İbrahim Məm - mədov, Aslan Məmmədov, Sultan Vəliyev və başqaları maldarlıqla məşğul olurlar. Elxan Vəliyev, Vaqif Vəliyev təsərrüfatlarını genişləndirərək həm mal-qaranın, həm də qoyun-quzunun sayını xeyli artırmışlar. Göy ağı düzü, Darıdağ ətəyi, Kənd dağında olan bol yem ehtiyatı həm qış mövsümündə, həm də yaz-yay aylarında heyvanların yemlə təmin olunmasına imkan yaradır. Kəndin təsərrüfat adam ları qışlamaya yaz-yay aylarından hazırlaşaraq uzun sürən qışlamadan heyvanların gümrah, sağlam çıxması üçün bütün im kan - lardan istifadə edirlər. Kənd sakinlərindən Rasim Ələkbərov, Rafiq Məmmədov, Bəhruz İsmayılov yonca əkininə üstünlük verir ki, bu da bol yem ehtiyatının yaradılmasına imkan yaradır. Gülüstanda arıçılıq da inkişaf etdirilir. Kənd sakinlərindən Xasay Məmmədov, Ayaz Səfərli, Radik Şahmərdanov, İdris Məmmədov, Surxay Məmmədov təsərrüfatlarında arı ailələrinin sayının artırılmasına, inkişaf etdirilmə sinə qayğı ilə yanaşırlar. Yaz-yay aylarında Araz çayı sahillərinin gül-çiçəyə bürünməsi bu yerlərdə arıçılıq məhsullarının bol olma sına şərait yaradır. Gülüstan kəndində bağçılığa da xüsusi önəm verilir. Bu yerlərin dadlı əriyi, alması, muxtar respublikamızda adla tanınır. Kənddə Rəmzi Musayev, Əli Alverdiyev, Aydın Məmmədov, İlyas İbrahimov, Heydər Ağayev və başqalarının saldıqları qarışıq meyvə bağları muxtar respublikamızda mey - vəçiliyin inkişafına göstərilən dövlət qay ğısı nəticəsində ərsəyə gəlmişdir. Gülüstanda təsərrüfat adamı Bəhruz İsmayılov 2013-cü ildə Sahibkarlığa Kömək Fondu tərəfindən verilən kredit hesabına ətlik və yumurtalıq istiqamətində quşçuluq təsərrüfatı yaratmışdır ki, bu da muxtar respublika əhalisinin keyfiyyətli quş ətinə olan tələbatının ödənilməsinə xidmət edir. Burada istehsal olunan məhsullar rahat şəkildə bazara və kənd təsərrüfatı məhsullarının satışı yar mar - kasına çıxarılır. Əvəzsiz sənət əsəri olan Gülüstan türbəsinin bərpasından danışan kənd icra nüma - yəndəsi bildirdi ki, Naxçıvan Muxtar Res - publikası Ali Məclisi Sədrinin “Gülüstan türbəsinin bərpası və tədqiq olunması haqqında” 7 oktyabr 2015-ci il tarixli Sərəncamına uyğun olaraq Gülüstan türbəsində bərpa işləri aparılmış, Əcəmi Naxçıvani memarlıq məktəbinin yadigarı olan abidənin tarixi görkəmi olduğu kimi qorunub saxlanılmış, türbənin ətrafı abadlaşdırılmışdır. Gülüstan kəndi yaxınlığında tarixə şahidlik edən bu türbə xanımlarımıza hörmət məqsədi ilə tikilən abidələr sırasında mühüm yer tutur. İncəlik, gözəllik, nəciblik xüsusiyyətlərinə görə Gülüstan türbəsi buraya gələn hər bir vətəndaşı heyrətləndirir. Dövlətimizin gələcək nəsillərə bəxş etdiyi bu abidə xalqımızın mənəvi zən - ginliyini əks etdirməklə yanaşı, dünya mədə - niy yəti tarixinin parlaq səhifələrini təşkil edir.

 

Ədalət CƏFƏROĞLU

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930