SON DƏQQƏ

naxcivanxeberleri.com

Kolleclər üçün müasir təhsil proqramları hazırlanacaq

Kolleclər üçün müasir təhsil proqramları hazırlanacaq
20-04-2020, 09:58

Nazirlər Kabinetinin orta ixtisas təhsili (kolleclər) üzrə yeni təsdiq etdiyi yeni ixtisaslar üzrə müasir təhsil proqramları hazırlanacaq.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, bunu Təhsil nazirinin müşaviri Elnur Məmmədov deyib.

Onun sözlərinə görə, bu proqramlar kollec səviyyəsində mütəxəssis hazırlığının keyfiyyətinin artırılmasına xidmət edəcək.

Kollec ixtisaslarının əvvəlki təsnifatının 2010-cu ildə təsdiq edildiyini deyən E.Məmmədov həmin təsnifat üzrə artıq 10 ildir ki, kadr hazırlığı aparıldığını xatırladıb.

E.Məmmədov əlavə edib ki, yeni təsnifatda olan 141 ixtisas müasir əmək bazarının tələbləri, işəgötürənlərin təklifləri və rəyləri, ölkəmizdə orta ixtisaslı müasir kadrlara olan ehtiyaclar və beynəlxalq təcrübə nəzərə alınmaqla müəyyənləşdirilib:

"Yeni təsnifatda bir sıra ixtisaslar birləşdirilib, bəzi yeni ixtisaslar əlavə olunub və uyğun olmayan ixtisaslar təsnifatdan çıxarılıb. Misal kimi, beynəlxalq təcrübə nəzərə alınaraq təhsil ixtisaslarına inklüziv təhsil ixtisası əlavə olunub, bəzi müəllimlik ixtisasları çıxarılıb (ali təhsil pilləsində hazırlıq aparılacaq), kənd təsərrüfatı ixtisaslarına aqroturizm, hidromeliorasiya və torpaq mühafizəsi, su bioehtiyatları və akvakultura əlavə olunub, texniki və texnololji ixtisaslar əhəmiyyətli şəkildə yenilənib (kompüter sistemləri, telekommunikasiya şəbəkələri və sair). Bundan əlavə, tam orta təhsil bazasından gələn məktəb məzunları kollecdə bütün ixtisaslar üzrə (tibb ixtisaslarından başqa) artıq 2 il təhsil alacaqlar ki, bu da onların daha qısa müddətdə əmək bazarına çıxışını təmin edəcək".

E.Məmmədov qeyd edib ki, yenilənmiş ixtisaslar üzrə qəbul 2021-22-ci tədris ilindən başlayacaq.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930