SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvanda “Muzeylərdə uçot-mühafizə işinin təşkili” mövzusunda dəyirmi masa keçirilib -FOTO

Naxçıvanda “Muzeylərdə uçot-mühafizə işinin təşkili”  mövzusunda dəyirmi masa keçirilib -FOTO
13-02-2019, 12:51

Naxçıvan Dövlət Tarix Muzeyində “Muzeylərdə uçot-mühafizə işinin təşkili” mövzusunda dəyirmi masa keçirilib.

NAXCİVANXEBERLERİ.COM
xəbər verir ki, tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin mədəni irs və muzey işi üzrə baş məsləhətçi Qumral Əsədova açıb.
Naxçıvan Dövlət Tarix Muzeyinin direktoru Nizami Rəhimov, muzeyin baş fond mühafizi Tünzalə Məmmədova, Heydər Əliyev Muzeyinin direktoru Ramil Orucəliyev, “Xan Sarayı” Dövlət-Tarix Memarlıq, Möminə Xatın və Açiq Səma Altinda Muzey Kompleksinin direktoru Nəzakət Əsədova, Naxçıvan Dövlət Xalça Muzeyinin direktoru Ülviyyə Məmmədova, Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyinin direktoru Aləmzər İbrahimova, Dövlət Bayraq Muzeyinin direktoru Rəmzi Hüseynov, Bəhruz Kəngərli Muzeyinin direktoru Səbinə Əlincəlinin və digər muzeylərin fond mühafizlərinin iştirak etdiyi tədbirdə mövzu ətrafında müzakirə aparılıb. Bu sahədə görülən işlərdən söhbət açılan tədbirdə bəzi muzeylərdə uçot-mühafizə işinin təşkilində hələ də kiçik nöqsanların olduğu nəzərə çatdırılıb. Bu nöqsanların aradan qaldırılması üçünsə muzey direktorlarının və baş fond mühafizlərinin digər muzeylərlə qarşılıqlı fəaliyyət göstərməsinin vacibliyi vurğulanib. Naxçıvan Dövlət Tarix Muzeyinin bu sahədə digər muzeylərə nümunə olduğu və fond işi üzrə muzylərlə qarşılıqlı əlaqə qurmaqla onlara köməklik göstərildiyi diqqətə çatdırılıb.
Sonra muzeyin ekspozisiyasina baxış keçirilib.

Bəxtiyar ƏLİYEV
Naxçıvanda “Muzeylərdə uçot-mühafizə işinin təşkili”  mövzusunda dəyirmi masa keçirilib -FOTONaxçıvanda “Muzeylərdə uçot-mühafizə işinin təşkili”  mövzusunda dəyirmi masa keçirilib -FOTO
Naxçıvanda “Muzeylərdə uçot-mühafizə işinin təşkili”  mövzusunda dəyirmi masa keçirilib -FOTO

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ağustos 2019    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031