SON DƏQİQƏ

naxcivanxeberleri.com

Ötən ay Naxçıvanda 497 daşınmaz əmlak qeydiyyata alınıb

Ötən ay Naxçıvanda 497 daşınmaz əmlak qeydiyyata alınıb
13-02-2019, 11:30

Muxtar respublikada daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınması zamanı vətəndaşlara göstərilən xidmətlərin səviyyəsinin yüksəldilməsi yanvar ayında da Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən diqqətdə saxlanılıb.

Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, muxtar respublikanın iqlim şəraitinə uyğun və yüksək məhsuldarlığa malik yerli meyvə-tərəvəz sortlarının bərpası və tətbiq olunması, əkin atlaslarına uyğun meyvə-tərəvəz əkinlərinin aparılması məqsədilə Şərur rayonunun Kürkəndində maarifləndirici tədbir keçirilmiş, Kürkənd, Kürçülü, Sərxanlı, Qışlaqabbas, Püsyan və Qorçulu bələdiyyələrinin yeni hazırlanmış torpaqların qida maddələri ilə təminolunma karto - qramları tədbir iştirakçılarına təqdim edilmişdir. Şərur rayonunun Dərəkənd və Qarxun, Babək rayonunun Nehrəm kəndlərində daşınmaz əmlak obyektlərinin plana alınması başa çatdırılmış, ay ərzində 1576 daşınmaz əmlak obyekti plana alınmışdır. Naxçıvan şəhər inzibati ərazi vahidinin tərkibinə daxil olan Əliabad bələdiyyəsinin mövcud mülkiyyət növləri üzrə torpaq sahələrinin elektron kadastr xəritəsi hazır - lanmışdır. Babək rayonunun Şıxmahmud, Xəlilli, Aşağı Uzunoba, Yuxarı Uzunoba, Nəzərabad və Didivar kəndlərində torpaqlardan istifadəyə və onların mühafizəsinə dair monitorinqlər aparılmış, torpaqlardan qanunsuz istifadə ilə bağlı 50 fakt aşkar edilmişdir. Aşkar olunan faktlardan 47-si aradan qaldırılmış, 3 vətəndaşa xəbərdarlıq olunmuşdur. Yanvar ayında 497 daşınmaz əmlak obyekti dövlət qeydiyyatına alınmış, 382 texniki sənəd hazırlanmış, yeni yaranmış 56 daşınmaz əmlak obyektinə ünvan verilmişdir. Naxçıvan şəhərində daşınmaz əmlak obyektlərinin ünvanlarının dəqiqləşdirilməsi davam etdirilmiş, ay ərzində 10 küçədə ünvan lövhələrinin və giriş nömrə nişanlarının quraşdırılması başa çatdırılmışdır. Komitənin səyyar xidmət qrupu tərəfindən muxtar respublika üzrə 9 yaşayış məntəqəsində 109 vətəndaşın müraciətinə baxılmışdır.

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Haziran 2019    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930