SON DƏQQƏ

naxcivanxeberleri.com

Diabet xəstələri üçün ən faydalı tərəvəz

Diabet xəstələri üçün ən faydalı tərəvəz
19-04-2020, 01:30

Şəkərli diabet ağır xroniki xəstəlikdir. İldən ilə bu xəstəliyə yoluxan insanların sayı artır.

Belə ki, 2012-ci ildə dünyada 382 mln. insana bu xəstəliyin diaqnozu qoyulub. Alimlərin fikrinə görə, 2035-ci ilə qədər bu rəqəm artacaq və 592 mln. çatacaq. Kontrol olunmayan şəkərli diabet orqanizmə ciddi ziyan vurur, ağır fəsadların inkişafına (infarkt, insult, böyrək çatışmazlığı, korluq) səbəb olur.

Şəkərli diabetdən əziyyət çəkən insanlar üçün pəhriz müalicənin tərkib hissəsidir. Dərman preparatları ilə yanaşı düzgün qidalanma şəkərin səviyyəsini tənzimləməyə kömək edir.

NAXCİVANXEBERLERİ.COM xarici KİV-lərə istinadla xəbər verir ki, Böyük Britaniya alimləri araşdırmalar nəticəsində  diabet xəstələri üçün ən faydalı məhsul təyin ediblər. Bu balqabaq növü olan sukkinidir.

Sukkini qanda şəkərin tənzimlənməsinə kömək edir, qidalı liflərlə zəngindir, insanı uzun müddət ərzində tox saxlayır. Bütün bunlar şəkərli diabet xəstələri üçün çox vacib olan amillərdir.

Bundan əlavə sukkini qaraciyər üçün də çox faydalıdır, arıqlamağa kömək edir, qəbizliyin qarşısını alır, orqanizmdən ziyanlı maddələri xaric edir, dərinin vəziyyətini yaxşılaşdırır.  

Sukkini asan mənimsənilir və bu səbəbdən kiçik yaşlı uşaqların menyusuna əlavə qida kimi əlavə oluna bilər.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930