SON DƏQQƏ

naxcivanxeberleri.com

Naxçıvanda yeni istirahət və əyləncə mərkəzi inşa olunur-FOTO

Naxçıvanda yeni istirahət və əyləncə mərkəzi inşa olunur-FOTO
18-04-2020, 23:21

Muxtar respublikanın inkişaf tempinə uyğun olaraq yeni parklar, istirahət məkanları salınır, mövcud olanlar isə müasir səviyyədə yenidən qurulur. Bu işlərin davamı olaraq Naxçıvan şəhərinin Naxçıvançay sahilində 20,6 hektar ərazini əhatə edən “Sahil parkı” yaradılıb.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, “Sahil parkı” ötən ilin oktyabr ayında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı ilə yaradılıb. Park müasir layihə əsasında abadlaşdırılıb. Burada çoxillik ağaclar əkilib, yaşıllıqlar salınıb. Müasir dairəvi işıqlandırma sistemi qurulan parkda velosiped yolları çəkilib, açıq idman və tennis meydançası yaradılıb. Parkın mərkəzində kafe tikilib, dekorativ oturacaqlar quraşdırılıb, şəlalə və avtoparklar da yaradılıb.

Parkın yaxınlığında Naxçıvan memarlıq üslubunda tikilən müasir istirahət və əyləncə mərkəzinin inşası da davam etdirilir.

Müasir üslubda tikilən istirahət və əyləncə mərkəzi zirzəmi ilə birlikdə dörd mərtəbədən ibarət olacaq. Binada kafelər, istirahət otaqları, əyləncə obyektləri, idman zalı, üzgüçülük hovuzu və aquaparkın da yaradılması nəzərdə tutulub. Mərkəzdə müasir şadlıq evi də inşa edilir.

Mərkəzin yerləşdiyi ərazi abadlaşdırılır, müasir işıqlandırma sistemi qurulur.

 

Rauf KƏNGƏRLİ

 

Naxçıvanda yeni istirahət və əyləncə mərkəzi inşa olunur-FOTO

Naxçıvanda yeni istirahət və əyləncə mərkəzi inşa olunur-FOTO
Naxçıvanda yeni istirahət və əyləncə mərkəzi inşa olunur-FOTO

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930