SON DƏQQƏ

naxcivanxeberleri.com

AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərli: “Əlincəçay mahalının epiqrafik abidələri tədqiqata cəlb olunub”

AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərli: “Əlincəçay mahalının epiqrafik abidələri tədqiqata cəlb olunub”
18-04-2020, 15:08

COVID-19 virusunun Azərbaycanda yayılmasının qarşısının alınması məqsədilə ölkənin hər yerində olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı mühüm işlər həyata keçirilir. AMEA-nın Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun əməkdaşları da fəaliyyətlərini bu günün tələblərinə uyğun məsəfədən davam etdirirlər.

AMEA Naxçıvan Bölməsinin İctimaiyyətlə əlaqələr və İnformasiya şöbəsindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, İnstitutun direktoru, AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərli rəhbərlik etdiyi institutun gördüyü işlərdən danışaraq qeyd etdi ki, Аzərbаycаnın ayrılmaz tərkib hissəsi kimi Nахçıvаn tаriхinin müхtəlif prоblеmlərinə dair, Nахçıvаnın аrхеоlоgiyаsı, еtnоqrаfiyаsı və epiqrafikasına dаir sistemli tədqiqаtlаr aparılır. Alimin sözlərinə görə, cari ilin birinci rübündə “Naxçıvan tarixinin tədqiqi” istiqaməti, “Naxçıvanın ictimai-siyasi və sosial-iqtisadi tarixinin öyrənilməsi” problemi, “Naxçıvanın tarixi, maddi və mənəvi mədəniyyətinin tədqiqi” mövzusu ətrafında 8 iş üzrə 17 mərhələdə elmi-tədqiqat işləri аpаrılıb. Tədqiqat işlərinin yerinə yetirilməsi ilə 1-i АMЕА-nın həqiqi, 2-si АMЕА-nın müхbir üzvü, 9-u tаriх üzrə fəlsəfə doktoru, 5-i kiçik elmi işçi olmaqla 17 nəfər məşğul olub.

Fəxrəddin Səfərli çap olunmuş əsərlərin sayının ötən illə müqayisədə artdığını qeyd edərək bildirdi ki, 2019-cu ilin 3 aylıq hesabat dövründə 35 elmi əsəri çap olunmuşdursa, 2020-ci ilin 3 aylıq hesabat dövründə 2-si monoqrafiya olmaqla 52 əsər çap edilib. 2019-cu ildə xaricdə 9 əsər çap olunubsa bu il xaricdə 16 əsər işıq üzü görüb. Bununla yanaşı, institut direktoru əməkdаşlаrın respublika və beynəlxalq səviyyəli konfrans və sempoziumlarda, eləcə də Bölmə və muхtаr rеspublikа miqyаsındа kеçirilən еlmi, sоsiаl-siyаsi və mədəni tədbirlərdə yахındаn iştirаk еtdiklərini, müхtəlif tеlеviziyа kаnаllаrındа, rаdiо və mətbuаt оrqаnlаrındа çıхış еtdiklərini vurğuladı. Əlavə etdi ki, bu dövrdə institut əməkdaşlarının “Yeni dünya nizamı və Azərbaycan” adlı layihəsi elmi-tədqiqat proqramlarının respublika müsabiqəsinin qalibi olub.

O, bildiridi ki, elmi müəssisənin 3 əməkdaşı muxtar respublikanın ümumtəhsil məktəblərinin şagirdləri üçün interaktiv açıq dərsdə “Naxçıvan Muxtar Respublikası müstəqillik illərində (1995-2019-cu illər)”, “Naxçıvanın muxtariyyəti: tarix və müasirlik” və “Xocalı soyqırımı insanlığa qarşı törədilmiş cinayətdir” mövzusunda məruzə ilə çıxış edib. Eyni zamanda əməkdaşlar Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasının elm, ali və orta ixtisas təhsili müəssisələri ilə ümumtəhsil məktəbləri arasında əlaqələrin təşkili haqqında” Sərəncamına müvafiq olaraq ayda bir dəfə bitirdiyi orta məktəblərdə nümunəvi dərs deyiblər.

Fəxrəddin Səfərli bu gün tarixi mədəniyyət abidələri, memarlıq nümunələrinin dövlət qayğısı ilə əhatə olunduğunu, qorunub saxlanılması, bərpası və təbliği istiqamətində bir sıra mühüm işlərin görüldüyünü xatırladaraq, əməkdaşlar tərəfindən regiondakı abidələrin sistemli şəkildə öyrənildiyini vurğuladı. Bildirdi ki, iş planına uyğun olaraq AMEA-nın müxbir üzvü Vəli Baxşəliyevin rəhbərliyi altında 2 mərhələdə “Naxçıvanın Neolit və Eneolit mədəniyyətinin Cənubi Qafqaz və Yaxın Şərqlə əlaqələri”, “Sirabçay vadisinin Orta Tunc dövrü abidələri”, tarix üzrə fəlsəfə doktoru, dosent Zeynəb Quliyeva tərəfindən “Naxçıvanın qədim dövr keramikası üzərindəki ornamentasiyanın mədəniyyətlər arası əlaqənin öyrənilməsində rolu”, tarix üzrə fəlsəfə doktoru, dosent Toğrul Xəlilov tərəfindən isə “Ordubadçay vadisinin Antik və Orta əsrlər dövrü arxeoloji abidələrinin tədqiqi” mövzularında araşdırılmalar aparılıb.

Alim qeyd etdi ki, “Sabahın tədqiqatçıları” layihəsi çərçivəsində institutun əməkdaşı, dosent Zeynəb Quliyevanın rəhbərliyi altında həyata keçirilən “Naxçıvanın dünya əhəmiyyətli abidələri” adlı layihə uğurla başa çatıb.

İnstitut direktoru hazırda “Əlincəçay mahalının epiqrafik abidələri” və “Səfəvi, Əfşar, Rusiya və Osmanlı dövlətlərinin Azərbaycan siyasətində Naxçıvan (XVIII əsrin I yarısı)” adlı monoqrafiyaların nəşrə hazırlandığını söylədi.

 

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930