SON DƏQQƏ

naxcivanxeberleri.com

Şərur rayonunda yeni meyvə bağları salınıb

Şərur rayonunda yeni meyvə bağları salınıb
18-04-2020, 14:46

Təbiətin zənginləşdirilməsi,  yaşıllıq zonalarının artırılması üçün muxtar respubilkamızda son illərdə əsrə bərabər iş görülmüşdür. Hər ilin yaz və payız aylarında keçirilən yaşıllaşdırma, təmizlik  və abadlıq aylıqlarında on minlərlə meyvə və bəzək ağacları əkilir, ilboyu yaşıllıq zolaqlarına aqrotexniki qulluq göstərilir. Bunun nəticəsidir ki, hər tərəf yamyaşıl dona bürünmüşdür.

Sədərək–Naxçıvan avtomobil yolunun rayonumuzun ərazisindən keçən hissəsinin hər iki tərəfində, Şərur şəhərində, kəndlərimizdə salınmış meyvə bağları, əsasını meyvə və bəzək ağacları təşkil edən yaşıllıqlar bu gün daha cazibədar görünür.

Qeyd edək ki, ötən əsrin sonlarına qədər rayonumuzdakı yaşıllıqlar umumi ərazinin təxminən bir faizini təşkil edirdi. Həyata keçirilən tədbirlər nəticəsində artıq bu rəqəm on dəfədən çox artmışdır.

Harada ki, ağac bitirmək mümkündür müəyyənləşdirilir, iri daşlar sahədən çıxarılır, torpaq əkin üçün hazırlanır,münbitləşdirilir, su mənbəyi müəyyənləşdirilir, arxlar çəkilir, sonra isə ting basdırılır.

Bu gün Şərurda hər kəs yeni yaşıllıq zolaqlarının, meyvə bağlarının salınmasına və mövcud olanlara qulluq göstərilməsinə daha çox maraqlıdır. Bu marağın daha bir nümunəsidir ki, şərurlular növbəti ağacəkmə kampaniyasına həvəslə qoşulmuşlar. Kampaniya çərçivəsində  Qarxun, Yuxarı Daşarx kəndlərində, Kürkənddə və digər yaşayış məntəqlərində 10 hektara yaxın yeni meyvə bağları salınmışdır.

Kürkənddəki 1 hektarlıq meyvə bağına 400 şaftalıya bənzəyən nektarin meyvəsi əkilmişdir. Yuxarı Daşarx kəndi ərazisində 1,6 hektara 630, Qarxun kəndinə 0,4 hektara ədəd meyvə tingləri əkilmiş , Aşağı Daşarx kəndində ötən il salınmış “Gənclər bağı ”nda bərpa məqsədi ilə 80 tingdən istifadə olunmuşdur.

Şərur şəhərinin parklarına və yol kənarlarına yaşıllaşdırma məqsədi ilə xeyli meyvə və bəzək tingləri, dibçəklərdə yetişdirilmiş əlvan çiçək və həmişəbahar və qızılgül kolları əkilmişdir.

Əkilən tinglərin ərsəyə gəlməsi, böyüməsi üçün onlara qulluq göstərilməsi əsas şərtdir.

Bu mənada da rayonumuzada işlər nümunəvi təşkil edilmişdir. Yaşıllışdırma mövsümü başa çatdıqdan sonra əsas diqqət ərazilərə aqrotexniki qulluq tədbirlərinə yönəldilir. Məhz bunun nəticəsidir ki, ağacların quruması hallarına çox təsadüfi hallarda rast gəlinir.

Hazırda yeni tinglərin əkilməsi ilə yanaşı, mövcud bağlarda bərpa tədbirləri də aparılır.

 

“Şərurun səsi ” qəzeti

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930