SON DƏQQƏ

naxcivanxeberleri.com

Distant formada korporativ hüquq təliminə başlanılıb

Distant formada korporativ hüquq təliminə başlanılıb
18-04-2020, 14:06

Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Xaçmaz KOB İnkişaf Mərkəzi fəaliyyətini distant formada davam etdirir.

KOBİA-dan NAXCİVANXEBERLERİ.COM-a bildirilib ki, aprelin 17-dən etibarən Xaçmaz KOB İnkişaf Mərkəzində distant formada “Korporativ hüquq” təlimlərinə başlanılıb. Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən mikro, kiçik və orta biznes subyektlərinin iştirak etdiyi təlim 4 gün davam edəcək.

Təlim çərçivəsində KOB-lara əmək hüququ, kommersiya qurumlarının yaradılması, şirkətin ləğvi və yenidən təşkili, idarəetmə və s. barədə ətraflı məlumat veriləcəkdir.

“Korporativ hüquq” təliminə qoşulmaq istəyən sahibkarlıq subyektləri Xaçmaz KOB İnkişaf Mərkəzinə müraciət edə bilərlər (Telefon/Whatsapp: 055 222 15 04 (Rauf Əliyev), e-mail: [email protected]).

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930