SON DƏQQƏ

naxcivanxeberleri.com

Naxçıvan Azərbaycanın azadlıq uğrunda mübarizə tarixində

Naxçıvan Azərbaycanın azadlıq uğrunda mübarizə tarixində
17-04-2020, 14:30

                                                       (1990-1993-cü illər)

XX əsr Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi və mədəni inkişafı tarixində mühüm bir mərhələ təşkil edir. Bu mərhələ, eyni zamanda, milli dövlətçilik ənənələrinin bərpası və inkişafı baxımından da diqqəti cəlb edir. Məhz bu əsrdə Azərbaycan xalqı iki dəfə 1918-ci və 1991-ci illərdə öz dövlət müstə­qilliyinə qovuşmuşdur. 1918-ci il mayın 28-də elan olunmuş Azərbaycan Xalq Cümhuriyyəti yaranmış gərgin beynəlxalq münasibətlər, ölkəmizin yerləşdiyi coğrafi ərazidə dünyanın aparıcı dövlətlərinin geostrateji maraqlarının toqquşması şəraitində cəmi 23 ay fəaliyyət göstərərək bir sıra daxili və xüsusən xarici amillərin təsiri ilə sü­qut etdi. Rusiyası tərəfindən işğal olunan Azərbaycan 1922-ci ilin dekabr ayından rəsmən tərkibində olduğu SSRİ-nin tənəzzülü və süqutu ilə 1991-ci ildə dövlət müstə­qilliyini bərpa etdi.

XX əsrin 80-ci illərinin sonu-90-cı illərin əvvəllərində, SSRİ-nin artıq tə­­nəzzülü prosesinin sürətləndiyi bir vaxtda, Azərbay­ca­­nda milli azadlıq hərəkatı məhz torpaqlarımızın müdafiəsi zəminində formalaşdı. Öz tarixi torpaqlarını heç kəsə ver­­mək istəməyən xalq kütlələrinin hərəkatı tezliklə azad, müstəqil yaşamaq uğrunda qə­­ti mübarizəyə çevrildi. Bunun müqabilində Azərbaycan xalqının bu mübarizəsini boğmaq, getdikcə da­­ha aşkar və qəti şəkildə səslənən müstəqillik haqqında çağırışları susdurmaq, res­pub­­­likanı yenidən Moskvanın iradə­si­nə tabe etmək niy­yəti özünü aydın göstərirdi. Bu məq­­sədlə, habelə Azərbaycanda Heydər Əliyevin güclü nüfuzuna zərbə vurmaq üçün 1988-ci il may ayının 21-də Ə.Vəzirov Azərbaycanda hakimiyyətə gətirildi. Res­pub­li­­kanın o zamankı durumundan və xalqın həyatından tamamilə bixəbər olan bu şəxs, eyni zamanda baş verən ictimai-siyasi proseslərin yedəyində gedir, yalnız rəsmi Mos­kva­nın göstərişlərinin icrası ilə məşğul olur, nə dövrün real tələbatlarını, nə də xalq küt­lələrinin mənafeyini qətiyyən nəzərə almırdı. Hətta 1990-ci il yanvarın 20-də Ba­kı­­da SSRİ rəhbərliyinin təşkilatçılığı ilə qanlı cinayət həyata keçiriləndə sovet or­du­su­nun Bakını yenidən işğal etməsi üçün formal hüquqi əsaslar da bilavasitə Ə.Və­zir­ovun göstərişi ilə yaradılmışdı.

1990-cı il yanvarın 20-də Bakıda sovet ali rəhbərliyi səviyyəsində Azərbaycan xal­­qına qarşı dəhşətli cinayət aktı həyata keçirildi. Heydər Əliyev 1990-cı ilin 20 yanvarında Sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar ertəsi günü Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək Azərbaycan xal­qına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb etmişdi. Ə.Vəzirov bu cinayətin baş ver­mə­sin­də məsulliyyət daşıdığını dərk edərək Bakıdan Moskvaya qaçdı. 20 yanvar faci­ə­si­nin xalq arasında doğurduğu ağır siyasi-psi­xo­loji vəziyyətdə, 1990-cı il yanvarın 24-də Azərbaycan rəhbərliyə gə­ti­rilən Ayaz Mütəllibovun fəaliyyəti də sələ­findən ciddi şə­kildə fərqlənmədi. Artıq xal­qın mövcud siyasi quruluşa qarşı qəzə­bi­nin və ictimai-siyasi hadisələrin sonrakı in­ki­şafının qarşısını almaq mümkün olmadı. 

Həmin günlərdə, eynilə 1918-1920-ci illərdə olduğu kimi, Azərbaycanın əsas his­səsi ilə əlaqələri kəsilmiş Naxçıvanda da vəziyyət olduqca gərgin idi. Bu gərginlik  19 yanvar 1990-cı ildə Nax­­çı­van­da xalqın tələbi və təzyiqi ilə Naxçıvan MSSR Ali Sovetinin növ­bə­dən­kə­nar sessiyası çağırılmasına və ”Naxçıvan MSSR-də yaranmış ic­ti­mai-siyasi vəziyyət haq­qın­da” Naxçıvan MSSR Ali Sovetinin qərarının qəbul edil­mə­sinə səbəb oldu. Bu qərarla “muxtar respublikanın ərazi bütöv­lü­yü və vətəndaşla­rın həyatı təhlükə qarşısında” qaldığından Naxçıvan MSSR-in SSRİ-nin tər­ki­bindən çı­xaraq özünü müstəqil respublika elan etdi”yi bəyan edildi. Azərbaycan rəhbərliyi muxtar respublikanın bu qərarına mənfi mü­nasibət bəsləyərək onun konstitusiyaya zidd olduğunu elan etsə də, müstəqillik uğ­runda mübarizənin genişləndiyi bir dövrdə “Naxçıvanın SSRİ-nin tərkibindən çıxıb özünü müstəqil respublika elan etməsi qərarı bö­yük tarixi əhəmiyyətə malikdir” .

20 yanvar faciəsi, habelə faciədən sonra Azərbaycanın ictimai-siyasi həyatında yaranan yeni situasiya Heydər Əliyevin Moskvadan vətənə qayıdışı prosesini sürət­lən­­dirdi. 1990-ci il iyulun 20-də o, Bakıya gəldi. Lakin Heydər Əliyevin Bakıda yaşa­masına o zamankı respublika rəhbərliyi səviyyəsində ciddi maneələr və təhdidlər ol­du­ğundan iki gün sonra, iyulun 22-də Heydər Əliyev Bakıdan Naxçıvana gəldi.

1990-cı il sentyabrın 30-da muxtar respublika parlamenyinə seçkiləe keçirildi. Bu zaman Azərbaycanda da parlament seçkiləri keçirildi. Seçkilərdə Heydər Əliyev 340 №-li Nehrəm seçki dairəsindən Azərbaycan SSR, Naxçıvan şəhəri üzrə 2 №-li M.F.Axundov seçkil dairəsindən isə Naxçıvan MSSR-in xalq deputatı seçildi.

 Naxçıvan MSSR Ali So­­­­ve­tinin yeni çağırışının 1990-cı il noyabrın 17-də ke­çi­ri­lən birinci sessiyasına sədrlik deputatlar tərəfindən Heydər Əliyevə həvalə edildi. Ses­siyada Azərbaycan milli dövlətçiliyinin dirçəlişi prosesinin həyata keçirilməsi ilə bağ­lı mə­sə­­­lələr geniş müzakirə olundu. Naxçıvan Muxtar Sovet Sosialist Res­pub­li­ka­sı­nın adın­­­­­­dan “Sovet Sosialist” sözləri çıxarıldı və Naxçıvan Muxtar Res­pub­li­ka­sı ad­lan­­dı­­­rıldı. Nax­çı­van MSSR Ali Sovetinin adı dəyişdirilərək Naxçıvan Muxtar Res­pub­­li­ka­sı­­nın Ali Məclisi adlandırılır . Ali Məclisin birinci sessiyası Azər­bay­­can Xalq Cümhuriyyətinin dövlət rəmzi olan üçrən­­­g­li, ay-ulduzlu bayrağın Nax­çı­van Muxtar Respublikasının Döv­­­­lət bayra­ğı kimi qəbul edilməsi haqqında qərar qəb­ul etdi. Heydər Əliyev sessiyada Azərbaycan Ali Soveti qarşısında qanunvericilik tə­şəb­büsü qay­dasında qəbul edilən qərarı da elan etdi: “Naxçıvan Muxtar Respublikası Ali Məc­li­si­nin qərarı ilə Azər­bay­can Demokratik Res­pub­likasının üçrəngli milli bay­ra­­­ğını Nax­­çı­van Muxtar Respub­li­ka­sı­nın Dövlət bayrağı kimi  qəbul edirik və Azər­baycanın ali ha­­kimiyyət orqanına bunu çatdırırıq. Eyni zamanda Azər­bay­ca­nın ali ha­ki­­miyyət or­qa­nı qarşısında məsələ qoyuruq ki, Azərbaycan Res­pub­lika­sı­­­­nın döv­lət rəmz­ləri haq­qında qərar qəbul etsin” .

Dörd gün sonra, noyabrın 21-də Ali Məclisin sessiyasının növbəti iclasında isə “1990-cı ilin yan­var ayında Bakı hadisələrinə siyasi qiymət verilməsi haqqında” və “Ba­kı şəhərində fövqəladə və­ziy­yətə münasibət barəsində” qərarlar qəbul edildi. 20 Yan­var gününün muxtar respublikada hər il matəm günü kimi qeyd olunması qərara alın­dı və bu barədə Azərbaycan Ali Sovetinə təklif verildi.

İlk sessiyada Afiyəddin Cəlilov Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri seçildi.

Qeyd edək ki, Azərbaycan Respublikası Ali Sovetinin 5 fevral 1991-ci il tarix­də keçirilən XII çağırış birinci sessiyasında çıxış edən Heydər Əliyevin sayəsində Azər­­bay­can­da baş verən siya­si hadisələrə düzgün qiymət verildi. Azər­bay­can Sovet Sosialist Respublikası Azərbaycan Res­publikası adlandırıldı, üç rəngli, ay-ul­duzlu bayraq Azərbaycanın Dövlət bayrağı elan edildi.

SSRİ-nin tərkibində olan müttəfiq respublikaların böyük əksəriyyətində istiqlal ideyalarının geniş yayıldığı, dünyanın ən böyük sosialist dövlətinin süqutu prosesinin getdiyi bir vaxtda M.Qor­ba­çov SSRİ-nin saxlanması üçün yeni it­ti­faq müqaviləsinin bağlanması məqsədi ilə ölkə üzrə referen­dum keçirilməsinə hazırlıqla bağlı barədə gös­­təriş vermişdi. Əslində mahiyyətcə SSRİ-nin yaradılması haqqında 30 dekabr 1922-ci il tarixli müqavilənin təkrarı olan bu müqavilə rəsmi Moskvanın mənafeyini müdafiə edən siyasi rəhbərliyin olduğu bəzi respublikalarda guya rəğbətlə qarşı­lan­mış­dı. Təəssüflər olsun ki, belə rəhbərliyin olduğu həmin respublikalar içərisində si­yasi proseslərin məntiqi ardıcıllığından heç cür baş çıxara bilməyən o zamankı Azər­bay­can rəhbərliyi də vardı.

İttifaqı qoruyub saxlamağa cəhd edənlərin əksinə, zəngin siyasi biliklərə və ida­rə­­­etmə təcrübəsinə malik olan Heydər Əliyev respublika rəhbərliyinin bu möv­qe­yini Naxçıvan MR Ali Məc­li­si­nin 14 yanvar 1991-ci il tarixli sessiyasında kəskin tənqid et­di. O, məsələyə özünün son dərəcə ciddi və qəti münasibətini bildirərək göstərirdi ki, Azər­bay­can üçün bu müqaviləyə girmək, ona müsbət rəy bildirmək xalqımızın qar­­şı­sın­da cinayət etmək deməkdir. Eyni zamanda, o, faktlara əsas­la­naraq Azərbaycan Kommunist Par­­­­­tiyasının diktatura rejiminin mürtəce siyasəti nə­ti­cəsində Azərbaycanda vəziy­yə­tin ağırlaşdığını da diqqətə çəkdi .

Heydər Əliyev yeni ittifaq müqaviləsinə dair mövqeyini martın 7-də Azər­bay­can Ali Sovetinin sessiyasındakı çıxışında bir daha təkrarladı: “Mən yeni ittifaqa da­xil olmağın və bunun üçün re­fe­ren­dum keçir­mə­yin heç bir şərt qoymadan əleyhi­nə­yəm. Azərbaycan Res­pub­likası iqtisadi və siyasi müs­­təqillik yolu ilə getməli, tam is­tiq­laliyyət uğrunda mü­barizə apar­malı­dır­…­ Müs­tə­qillik yolu qədər çətin yol yoxdur” .

Təəssüflər olsun ki, Azərbaycan rəhbərliyini M.Qorbaçovun bu siyasi avan­tü­ra­sına qoşul­maq fikrindən daşındırmaq mümkün olmadı. Lakin Naxçıvan MR Ali Məc­­lisinin 1991-ci il martın 14-də keçirilən sessiyasında SSRİ-nin saxlanılmasına dair 17 mart 1991-ci ildə keçiriləcək ümum­­­­it­ti­­faq referendumunda muxtar res­pub­li­ka­nın iştirak etmə­mə­si ba­­­­­­rədə qərar qəbul edildi. Hər halda, mux­­tar res­pub­li­ka istisna ol­maqla, Azərbaycanda da keçirilən referendumda “mütə­şək­kil­lik­lə” işti­rak edən res­pub­lika əhalisinin guya 95 faizinin ittifaqın saxlanmasına səs verdyi bəyan edildi .

Refrendumun nəticələrinin saxtalaşdırıldığını cəmi bir neçə ay sonra, 1991-ci il avqustun 30-da respublika parlamentinin Azərbaycan Respublikasının dövlət m­üs­təqilliyinin bərpası haq­qın­da Bəyannamə ilə Azərbaycanın öz dövlət müstəqilliyinə qov­uşması, oktyabrın 18-də qəbul edilən “Azər­baycan Respublikasının Dövlət Müs­tə­­qilliyi haqqında” Konstitusiya Aktı və 1991-ci il de­kab­rın 29-da keçirilən refe­ren­dum­da əhalinin 95 faizinin dövlət müstəqilliyinə səs verməsi qəti şəkildə sübut etdi.

Heydər Əliyev avqustun 29-u və 30-da Azərbaycan Ali Sovetinin sessiyasında çıxış edərək kommunist partiyasının və respublika rəhbərliyinin fəaliyyətini kəskin tən­qid etdi, Azərbaycan kom­munist partiyasının və Ali Sovetin buraxılmasını tələb et­di. O, öz fikirlərini və mövqeyini bu­nun­la əsaslandırırdı ki, hələ mart ayında SSRİ-nin saxlanması barədə referendumda iştirak etməyə səs verən parlament indi müs­tə­qil­­liyimizi məcburiyyət qarşısında qalaraq elan edir. Bu, Heydər Əli­ye­vin hadisələrə düz­gün və obyektiv yanaşmasının daha bir ifadəsi idi.

Naxçıvan MR Ali Məclisinin 1991-ci il sentyabrın 3-də keçirilən fövqəladə ses­siyası müstə­qil­liyin bərpasına dair bəyanata əsaslanaraq belə hesab edirdi ki, Azər­bay­can Res­pub­li­ka­sı özünün tam milli, dövlət müstəqilliyinə nail olmalı və mövcud SSRİ əsasında hər hansı bir for­mada yara­dı­la­caq yeni dövlət ittifaqına daxil olma­ma­lı­dır ­.

Həmin sessiyada qəbul edilən başqa bir qərar öz tarixi əhəmiyyətinə görə xü­su­silə əlamətdar oldu. Həmin gün de­­putatların təkidli xahişi və parlament binası önündə mitinq keçirən xalq küt­lə­lə­ri­nin tələbi ilə Heydər Əliyev Naxçıvan MR Ali Məc­li­si­nin Sədri seçilməyə razılıq verdi. Ali Məc­li­sin sessiyasında bu barədə qə­rar qəbul olundu: ”Heydər Əlirza oğlu Əli­yev Naxçıvan Muxtar Res­pub­li­ka­sı Ali Məc­­lisinin Səd­ri seçilsin” .

Heydər Əliyevin Ali Məclisə Sədr seçilməsindən dərhal sonra gərgin ictimai-siyasi şəraitdə bir sıra çevik və ciddi qərarlar qəbul olundu. Ali Məclisin 1991-ci il 4 sentyabr tarixli qə­ra­rı ilə sen­tya­brın 8-ə təyin olunmuş Azərbaycan Respublikası Pre­zi­dentinin seçkilərinin keçirilməsi Naxçıvan MR ərazisində dayandırıl­dı. Yaranmış mürəkkəb dövrdə prezident seçkilərinin keçiril­mə­sini səhv addım kimi qiy­mət­ləndirən Ali Məclisin sessiyası seçkilərin başqa vaxtda keçirilməsini respublika par­lamentindən xahiş etdi. Hələ avqustun 29-30-da Azərbaycan Ali Sovetinin ses­si­ya­sında da bununla bağlı müvafiq təkliflər səsləndirilmişdi.

Azərbaycan rəhbərliyi Naxçıvan MR Ali Məclisinin qərarına tamamilə mənfi mü­nasibət bəs­ləyərək Naxçıvana ciddi təz­­yiqlər gös­tərməyə başladı. Lakin öz mövqeyini qətiyyətlə müdafiə edən Hey­dər Əliyev yerli  televiziya vasitəsi ilə bəya­nat verdi və xəbərdarlıq et­di ki, Nax­çı­vana təzyiq üçün gələn qüvvələr muxtar res­pub­li­kanı tərk et­­məlidirlər, əks təqdirdə əhali ayağa qalxa­caq­dır. Sentyabrın 8-də Azərbaycanda keçirilən prezident seçkiləri Naxçıvan MR əra­zi­sində baş tutmadı.

1992-ci il Naxçıvan MR üçün də çox mürəkkəb və məsu­liy­yət­li il idi. Bu dövrdə Ali Məclisin Sədri Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvanın mü­dafiəsi, so­si­al-iqtisadi və ictimai-siyasi vəziyyətinin yaxşılaşdırılması sahə­sin­də bir sı­ra mü­hüm ad­dımlar atılmışdı.  Belə ki, paytaxt Bakı­dan fərqli olaraq Naxçıvanda xalqla rəh­bər­liyin vəhdəti düşmənə rəşadətlə sinə gərə­rək torpaqları qoru­yub saxlmağa kömək et­di. Bu dövrdə məhz Heydər Əliyevin siya­si bacarığı, uğurlu diplo­matik gedişləri və Türkiyə Cüm­huriyyəti ilə yaratdığı əla­qələr Ermənistanın hərbi təcavüzünü dünya icti­­ma­iy­yətinin pisləməsinə, Naxçıvanın isə xi­lasına səbəb oldu.

                                

Ələkbər Cabbarlı

Naxçıvan Dövlət Universiteti

Tarix üzrə fəlsəfə doktoru

 

                                    

 

 

 

 

 

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930