SON DƏQİQƏ

naxcivanxeberleri.com

Şamaxıda vulkan püskürdü

Şamaxıda  vulkan püskürdü
13-02-2019, 09:28

Şamaxı rayonunda vulkan püskürüb.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bu barədə Trend-ə Şamaxı Rayon İcra hakimiyyətinin Quşçu kənd ərazi icra nümayəndəsi Bəşir Bəhramov məlumat verib.

İcra nümayəndəsi bildirib ki, vulkan Quşçu kəndində, yaşayış məntəqəsindən 150 metr kənarda, əkin sahələrinə yaxın ərazidə püskürüb: "Vulkan səhər saat 06 radələrində püskürdü. Təxminən 4-5 metr hündürlükdə oldu. Hardasa 1000-1500 metr əraziyə palçıq yayılıb. Hazırda püskürmə dayansa da, ocaqda qaynamalar davam edir. Ərazi nəzarətə götürülüb".

B.Bəhramov deyib ki, hadisə nəticəsində sakinlərə və evlərə ziyan dəyməyib.

Xatırladaq ki, 2018-ci ildə də həmin ərazidə palçıq vulkanı püskürmüşdü.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ağustos 2019    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031