SON DƏQQƏ

naxcivanxeberleri.com

“Muğam üçlüyü”nün onlayn konserti olub

“Muğam üçlüyü”nün onlayn konserti olub
15-04-2020, 11:00

Naxçıvan Dövlət Filarmoniyasının “Muğam üçlüyü”nün onlayn konserti təşkil olunub. Konsert Naxçıvan Dövlət Televiziyasından və onun internet resurslarından, Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyin saytından və sosial şəbəkə hesablarından canlı yayımlanıb.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, konsertdə “Şur” və “Mahur”, “Şüştər” təsnifləri və Xalq artisti Əlibaba Məmmədovun “Ağrıma ürəyim” mahnısı izləyicilərə təqdim edilib.

Konsertdə Şəfiqə Axundovanın “Mehriban olaq”, Ələkbər Tağıyevin “Qonşu qız” mahnıları ilə yanaşı “Aman təklik əlindən” “Ay qız” və “Bülbüllər oxur” kimi xalq mahnıları da səsləndirilib.

Bir saata yaxın davam edən konsert izləyicilər tərəfindən maraqla qarşılanıb.

Qeyd edək ki, ötən həftədən etibarən Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin sisteminə daxil olan bir sıra müəssisələr onlayn fəaliyyətə başlayıb.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930