SON DƏQİQƏ

naxcivanxeberleri.com

Babək Rayonunda Naxçıvan Muxtar Respublikasının 95 illik yubileyinə həsr olunmuş bilik yarışı keçirilib

Babək Rayonunda Naxçıvan Muxtar Respublikasının 95 illik yubileyinə həsr olunmuş bilik yarışı keçirilib
12-02-2019, 23:24 143 dəfə baxılıb

12 fevral 2019-cu il tarixdə Babək qəsəbə 2 nömrəli tam orta məktəbində Babək Rayon Gənclər və İdman İdarəsinin və rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə rayon tam orta məktəblərinin komandaları arasında Naxçıvan Muxtar Respublikasının 95 illik yubileyinə həsr olunmuş “Naxçıvan dünən və bu gün” adlı bilik yarışı keçirilib.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bilik yarışı başlamadan əvvəl çıxış edən Babək Rayon Gənclər və İdman İdarəsinin əməkdaşı Aytəkin Süleymanova qədim diyarın muxtariyyət tarixindən bəhs edərək diqqətə çatdırmışdır ki, 1921-ci ildə Azərbaycanın tərkibində muxtariyyət statusu qazanan Naxçıvan diyarında 1924-cü il fevralın 9-da Naxçıvan Muxtar Respublikası yaradılmışdır.
Naxçıvan Muxtar Respublikasının yaradılması Azərbaycanın siyasi tarixinin mühüm, əhəmiyyətli hadisəsidir. Bununla Naxçıvan Azərbaycanın əzəli və əbədi tərkib hissəsi kimi qorunub saxlanılmış və 95 il ərzində şərəfli inkişaf yolu keçmişdir.

Daha sonra rayon Təhsil Şöbəsinin əməkdaşı Vidadi Əliyev müsabiqənin keçirilməsi barədə iştirakçılara məlumat verib. Bildirilib ki, müsabiqə yeniyetmə və gəncləri bilik yarışlarına cəlb etmək, onların bilik və bacarıqlarını artırmaq, o cümlədən zehni qabiliyyətlərini inkişaf etdirmək məqsədi daşıyır. Yarışda hər komandada 4 nəfər olmaqla 7 komanda iştirak edib. Şagirdlərə 45 dəqiqə ərzində yazılı şəkildə 45 sual ünvanlanıb. Suallar daha çox muxtar respublikanın yaranma tarixini, görkəmli şəxsiyyətlərini, tarixi abidələrini əhatə etmişdir. Qeyd edək ki, rayon ümumtəhsil məktəblərinin IX-XI siniflərində təhsil alan 28 şagirdin iştirak etdiyi müsabiqədə yüksək nəticə əldə edən Yarımca kənd tam orta məktəbin “Günnüt” komandası I yerə, Hacıvar kənd tam orta məktəbin “Nuh Yurdu” komandası II yerə, Şəkərabad kənd tam orta məktəbin “Turan” və Babək qəsəbə 2 nömrəli tam orta məktəbin “Odlar Yurdu” komandaları isə III yerə layiq görülüb. Sonda qalib komandalara təşkilatçılar tərəfindən diplom və hədiyyələr təqdim olunub


Babək Rayonunda Naxçıvan Muxtar Respublikasının 95 illik yubileyinə həsr olunmuş bilik yarışı keçirilib
Babək Rayonunda Naxçıvan Muxtar Respublikasının 95 illik yubileyinə həsr olunmuş bilik yarışı keçirilib
Babək Rayonunda Naxçıvan Muxtar Respublikasının 95 illik yubileyinə həsr olunmuş bilik yarışı keçirilib
Babək Rayonunda Naxçıvan Muxtar Respublikasının 95 illik yubileyinə həsr olunmuş bilik yarışı keçirilib

Zeynəb Hüseynzadə

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Şubat 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728