SON DƏQQƏ

naxcivanxeberleri.com

Aprelin 20-dən sonra komendant saatının tətbiqi müzakirə edilmir - Operativ Qərargah

Aprelin 20-dən sonra komendant saatının tətbiqi müzakirə edilmir - Operativ Qərargah
15-04-2020, 18:10

Bugünkü vəziyyət göstərir ki, aprelin 20-dən sonra komendant saatının tətbiq edilməsi müzakirə edilmir.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

Onun sözlərinə görə, Daxili İşlər Nazirliyi vətəndaşlarla gecələr küçəyə çıxmamağı tövsiyə edib:

"Bəziləri işə getmək icazəsi olduğu halda, işdən sonra gecələr küçələrə çıxır. Bu icazədən sui-istifadə edən şəxslərə, gecələr küçələrdə lazım olmadan gəzənlərə tövsiyə olunub ki, axşam saatlarında ehtiyac olmadığı üçün evdən çıxmasınlar. Daxili İşlər Nazirliyinin bu tövsiyəsini komendant saatı kimi təqdim etmək düzgün deyil. Elə adamlar var ki, icazədən istifadə edib gecə saatlarında küçələrə çıxırlar. Həmin şəxslərə biz də tövsiyə edirik ki, gecələr küçələrə çıxmasınlar".

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930