SON DƏQQƏ

naxcivanxeberleri.com

Ceyhun Bayramov: Tədris müddətinin dayandırılması uzanarsa, bu həftə ərzində məlumat veriləcək

Ceyhun Bayramov: Tədris müddətinin dayandırılması uzanarsa, bu həftə ərzində məlumat veriləcək
14-04-2020, 23:16

Düşünürəm ki, təhsil müəssisələrində tədris müddətinin dayandırılmasının uzadılması barədə qərar qəbul olunarsa, Azərbaycan ictimaiyyətinə bu həftə ərzində bununla bağlı məlumat veriləcək.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, bunu Təhsil naziri Ceyhun Bayramov deyib.

C.Bayramov deyib ki, təhsil müəssisələrində tədrisin bərpa olunması gün ərzində 2 milyona yaxın insanın hərəkət etməsi deməkdir:

“Ölkə başçısının tapşırığına uyğun olaraq, Azərbaycanda ilk koronavirus faktı aşkar olunandan bir neçə gün sonra bütün təhsil müəssisələrində tədris prosesinin dayandırılması barədə qərar verildi. Azərbaycan bu baxımdan ilk ölkələrdən biri oldu. Azərbaycanda həyata keçirilən çox çevik tədbirlər nəticəsində ölkəmizdəki sanitar-epidemioloji vəziyyətə tam nəzarət edilir. Biz eyni zamanda fərqli ssenarilər də görmüşük. İnkişaf etmiş ölkələrdə pandemiyanın 2-3 həftə ərzində səhiyyə sistemini çökdürdüyünü gördük. Ona görə də Nazirlər Kabineti yanında Operativ Qərargah bütün riskləri nəzərə alaraq, sanitar-epidemioloji vəziyyətdən asılı olaraq, qərar qəbul edəcək”.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930